DÜNYA
Moldova MSK Maya Sandunun prezident seçkilərində qələbəsini elan edib
Bakı, 16 noyabr, AZƏRTAC
Moldova Mərkəzi Seçki Komissiyası (MSK) bütün bülletenləri hesabladıqdan sonra sabiq Baş nazir, “Fəaliyyət və həmrəylik” partiyasının sədri Maya Sandunun prezident seçkilərinin ikinci turunda qalib gəldiyini elan edib.
AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, Maya Sandu səslərin 57,75 faizini, onun rəqibi - hazırkı Prezident İqor Dodon isə 42,25 faizinin səsini yığıb.
Seçkilər bazar günü keçirilib. Ölkə vətəndaşları yaxın dörd il üçün dövlət başçısını seçiblər. Qanunvericiliyə əsasən, səslərin yarıdan çoxunu toplayan namizəd qalib hesab olunur.
MSK-nın sədr müavini Vladimir Şarban seçkilərdə ciddi qanun pozuntuları qeydə alınmadığını bildirib.
İqor Dodon məğlubiyyəti ilə razılaşıb və Sandunu qələbə münasibətilə təbrik edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]