MOSKVA DÜNYANIN ÜÇÜNCÜ BAHALI ŞƏHƏRİDİR
2003-cü ilin nəticələrinə görə, Rusiya paytaxtı əvvəllər bu siyahıda yeddinci olan Londonu ötərək, ikinci yerdən üçüncüyə enmişdir. Birinci yeri Tokio tutmaqdadır. İlk “beşliyə” Osaka və Honkonq şəhərləri də daxıldir. Siyahıda axırıncı, onuncu yeri Sankt-Peterburq tutur. ABŞ-ın ən bahalı Nyu-York şəhəri 12-ci, Paris isə 17-ci yerdədir.
Reytinq tərtib edilərkən ərzaq məhsullarına, əyləncələrə və gündəlik tələbat mallarına olan qiymətlər nəzərə alınmışdır.
Beləliklə, Avropanın ən bahalı şəhəri Londondur, ikinci yeri isə Moskva tutur. Xatırladaq ki, ötən il Avropanın ən bahalı şəhərlərinin siyahısı bu ardıcıllıqda idi: Moskva, Cenevrə, London, Sürix, Sankt-Peterburq, Oslo.