Moskvada dünyada ilk dəfə kuryerlərə abidə qoyulub
Bakı, 4 iyul, AZƏRTAC
Moskvada dünyada ilk dəfə kuryerlərə abidə qoyulub. Çatdırma şirkətləri koronavirus pandemiyası dövründə öz əməkdaşlarının işini bu şəkildə əbədiləşdirməyi qərara alıblar.
AZƏRTAC “Moslenta” saytına istinadla xəbər verir ki, bu heykəlin yaradılması üçün pul vəsaitini özünütəcrid rejimi dövründə malların evlərə çatdırılması ilə məşğul olan bir neçə Rusiya şirkəti ayırıb. Abidə çətin şəraitdə çalışan kuryerlərin fədakarlığına hörmət rəmzidir.
Layihədə iştirak etmiş şirkətlərin nümayəndələrinin sözlərinə görə, özünütəcrid rejimi dövründə təkcə Moskvada 60 mindən çox kuryer işləyib. Bütövlükdə Rusiyada isə çatdırma xidmətlərinə tələbat onlarca dəfə artıb. Onlar qeyd edirlər ki, hər gün sifarişlərin daşınmasını davam etdirən, beləliklə “bütün ölkədə çoxsaylı insanlar üçün özünütəcrid rejiminə imkan yaratmış” insanların əməyinə diqqət yetirməyi zəruri hesab ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:21]
ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır
- 07.10.2026 [11:12]
FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO
- 07.10.2026 [11:02]
Aqrar Subsidiya Şurası yaradılacaq
- 07.10.2026 [10:58]
Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir
- 07.10.2026 [10:55]
Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb
- 07.10.2026 [10:53]
DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]