MOSKVADA MDB-NİN YENİDƏN FORMALAŞDIRILMASINA DAİR MƏSLƏHƏTLƏŞMƏLƏR OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 31-də Moskvada MDB-nin üzvü olan dövlətlərin xarici işlər nazirlikləri nümayəndələrinin Birliyin yenidən formalaşdırılması məsələlərinə həsr olunmuş çoxtərəfli görüşü olmuşdur. Müzakirələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edirdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşü açaraq bildirdi ki, tədbir MDB dövlətləri başçılarının ötən ilin sentyabrında Astanada keçirilən və Birliyin səmərəliliyinin artırılması məsələlərinin prinsipial surətdə müzakirə olunduğu zirvə görüşünün qərarı çərçivəsində keçirilir. Onun sözlərinə görə, başlıca vəzifələrdən biri dövlət başçılarının görüş zamanı problemlərin ən geniş dairəsini müzakirə etməsinə, dövlətlərimizin inkişaf perspektivlərini razılaşdırmasına, qarşılıqlı fəaliyyətin aktual məsələlərini sərbəst surətdə müzakirə etməsinə imkan yaratmaqdır.
Rusiya xarici siyasət idarəsinin başçısı onu da qeyd etdi ki, Birliyin fəaliyyətinin indiyədək olan təcrübəsinə yenidən nəzər salmaq, MDB çərçivəsində formalaşan bütün mexanizmlərin öz aktuallığını saxlayıb-saxlamadığını və qarşıya qoyulan vəzifələrə cavab verib-vermədiyini öyrənmək, MDB-nin İcraiyyə Komitəsinin və digər qurumlarının nə dərəcədə səmərəli işlədiyini təhlil etmək vacibdir.
Müzakirələrdə MDB-nin üzvü olan bütün dövlətlərin nümayəndələri Birliyin yenidən formalaşdırılmasına dair təklif və tövsiyələrini verdilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]