MÜDAFİƏ NAZİRİ İRAQIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 31-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayılla görüşmüşdür.
General-polkovnik Səfər Əbiyev qonağı İraqda keçirilən seçkilər münasibətilə təbrik etmişdir.
Səfir Ərşad Ömər İsmayıl tanışlıq xarakteri daşıyan görüş üçün təşəkkür edərək, yeni İraq hökuməti adından Azərbaycan dövlətinə və hökumətinə ölkəmizin Silahlı Qüvvələri bölüyünün İraqda antiterror koalisiyası qüvvələri tərkibində faydalı xidmətinə görə minnətdarlığını bildirmişdir.
Müdafiə naziri Səfər Əbiyev demişdir ki, biz İraq hökumətinə müvəffəqiyyətlər diləyirik. Arzu edirik ki, İraqda tezliklə əmin-amanlıq bərpa edilsin və sülh bərqərar olsun.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]