MÜƏSSİSƏ 15 ADDA MƏHSUL İSTEHSAL EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Göyçay süd zavodunun bazasında yaradılmış “Göyçay-süd” ATSC-də son vaxtlar İsveçin “Tetra Lavan Kredit AB” şirkəti tərəfindən 3 milyon ABŞ dolları dəyərində ən müasir texnoloji avadanlıq quraşdırılıb istismara buraxılmışdır. Yeni texnologiyaların tətbiqi sayəsində məhsul istehsalının çeşidi və keyfiyyəti artmışdır.
Hazırda 50 nəfərin çalışdığı zavodda 15 adda süd məhsulları və meyvə şirələri istehsal edilir. Kollektivin istehsal etdiyi məhsullar daxili və xarici bazarlara çıxarılır. Süd məhsulları Gürcüstana, meyvə şirələri isə Rusiyaya, Ukraynaya, Moldovaya, Estoniyaya, İsrailə və digər ölkələrə göndərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:00]
Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]