Multikulturalizm xalqımızın milli sərvətidir
Gəncə, 3 mart, Rauf Hacıyev, AZƏRTAC
Multikulturalizm Azərbaycan xalqının milli sərvətidir. Bu gün dünyada yeni müharibə ocaqları, qarşıdurmalar yaranır, ayrı-seçkilik təzahürləri baş qaldırır. Lakin bəşəriyyət gec-tez dünyaya xoşbəxtlik, səadət gətirəcək, sivil inkişafın, demokratiyanın, dünyəvi humanizmin ana xəttinə çevriləcək tolerantlıq modelindən faydalanacaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrası ilə Elektroenergetika və informasiya texnologiyaları fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm xalqımızın milli sərvətidir” adlı “dəyirmi masa”da səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının müdiri, dosent Azad Bayramov multikulturalizmin tarixən Azərbaycan xalqına xas olmasından və onun tarixi köklərindən, milli mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, incəsənətimizin öyrənilməsindəki rolundan danışıb. O, Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsini Azərbaycanda multikulturalizmin dövlət siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra kafedranın müəllimləri çıxış edərək multikulturalizmin Azərbaycan modelinin yaranmasından və bu sahədə qazanılan uğurlardan ətraflı danışıblar. Bildirilib ki, dünyada multikulturalizmin Azərbaycan modelinin böyük uğur qazanmasının əsas səbəbi onun hüquq normalarına əsaslanmasıdır.
Tədbir tələbələrlə diskussiya şəklində aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2019 [12:41]
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayır
- 03.03.2018 [10:32]
Multikulturalizmin Azərbaycan modeli Romada təqdim olunub
- 27.02.2018 [13:48]
Hindistanda “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb
- 09.02.2018 [21:50]
Azərbaycan – nikbinliklə dolu ölkə
- 07.02.2018 [10:35]