Müsahibələrdə uğur qazanan 495 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib
Bakı, 6 oktyabr, AZƏRTAC
Dövlət qulluğunun B növünə aid vakant inzibati vəzifələri tutmaq üçün iyunun 22-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 49 dövlət orqanında 650 vakant vəzifəni tutmaq üçün 5196 namizəd müraciət edib. Bu günə olan məlumata görə, 495 nəfər müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi noyabrın 2-də başa çatacaq.
Xatırladaq ki, müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Qanunvericiliyin tələblərinə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə ödənişsiz iştirak edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]