MÜSƏLMANLAR DİNDAŞLARINI İĞTİŞAŞLARI DAYANDIRMAĞA ÇAĞIRIRLAR
BMT-nin baş katibi Kofi Annan, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Xavyer Solana və İKT-nin baş katibi Ekmələddin İhsanoğlu birgə bəyanat qəbul etmişlər.
Bəyanatda deyilir: “İnsan həyatına və mülkiyyətinə qarşı təcavüz sülhsevər din kimi İslamın obrazına xələl gətirə bilər. Müxtəlif dinlərin nümayəndələrinin birlikləri daxilində və onların arasında, habelə müxtəlif ölkələrin hökumətləri arasında dialoqa mümkün qədər tez başlamaq lazımdır. Biz dostluq və qarşılıqlı hörmət ruhunda təmkinliyə və sakitliyə çağırırıq”.
Üç mötəbər beynəlxalq təşkilatın başçılarının fikrincə, Məhəmməd Peyğəmbərin təsvir olunduğu karikaturalar dindarların heysiyyətinə toxunur. Bəyanatda vurğulanır ki, “bu karikaturalar nəticəsində müsəlmanların keçirdikləri mənəvi iztirablara dərin dini inamın həssaslığını dərk edənlər də şərikdirlər”.
Bu sənəd bir sıra dövlətlərin mətbuatında Məhəmməd Peyğəmbərə karikaturalar dərc edilməsinin müsəlman ölkələrində doğurduğu hiddət dalğasını yatırmaq üçün beynəlxalq birliyin göstərdiyi səylər sırasında növbəti addımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]