MÜSƏLMANLAR ROMA PAPASININ ÜZR İSTƏMƏSİNİ TƏLƏB EDİRLƏR
Buna səbəb odur ki, pontifikin Bavariyanın Regensburq Universitetində oxuduğu ilahiyyat mühazirəsində bəzi fikirlər müsəlman xadimlərinin xoşuna gəlməmişdir. Katolik kilsəsinin başçısı orta əsr Bizans mənbəyinə istinadla demişdir: “Məhəmmədin nə kimi yenilik gətirdiyini nəzərdən keçirsək, biz ancaq zalımlıq və rəhmsizlik görərik. Onun dini qılınc gücünə yaymaq çağırışı bundan ibarətdir”.
Bunun cavabında Fransa Müsəlman Dini Şurasının başçısı Dalil Bubaker bildirmişdir: “Ümidvarıq ki, katolik kilsəsi öz mövqeyinə dərhal aydınlıq gətirərək etiraf edəcək ki, o, islamı din deyil, siyasi ideologiya olan islamizmlə qarışdırmır”.
Türkiyə hökumətinin dini işlər komitəsinin rəhbəri Əli Bardaqoğlu Papanın sözlərini tam “düşmənçilik və ədavət” adlandırmışdır.
Küveyt, Misir, Əlcəzair, Mərakeş və digər müsəlman ölkələrinin dini təşkilatlarının, hökumət və ictimai qurumlarının nümayəndələri də katolik kilsəsinin rəhbərliyindən üzrxahlıq və izahat tələb etmişlər.
Vatikanın mətbuat xidmətinin rəhbəri Frederiko Lombardi bu tənqidə cavab verərək demişdir ki, Benedikt islama hörmət edir, lakin dinlə əsaslandırılan zorakılığın əleyhinədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]