Muxtar respublikada əhaliyə nümunəvi poçt xidməti göstərilir
Naxçıvan, 14 yanvar, AZƏRTAC
Ötən il “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən əhalidən istehlak edilmiş elektrik enerjisinə görə 6 milyon 659 min 318 manat, təbii qaza görə 10 milyon 600 min 902 manat, suya görə 1 milyon 702 min 65 manat, rabitə xidmətlərindən istifadəyə görə 1 milyon 964 min 86 manat, internet istifadəçilərindən 1 milyon 762 min 580 manat, bələdiyyə ödənişlərindən 144 min 315 manat, məişət tullantısının yığılmasına görə 151 min 709 manat, üzvlük haqlarından isə 903 min 726 manat vəsait toplanılıb.
AZƏRTAC-ın Naxçıva bürosu xəbər verir ki, bu faktlar “Naxçıvanpoçt” publik hüquqi şəxsin 2020-ci ilin yekunlarına dair keçirilən yığıncağında səsləndirlib.
Tədbirdə çıxış edən “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru Səxavət Bağırov bildirib ki, 2020-ci il ərzində 19 milyon 344 min 863 manat pul baratı qəbul olunub, 16 milyon 279 min 300 manat pul baratı ödənib. Eyni zamanda, muxtar respublika üzrə 1 milyon 588 min 561 manat pensiya ödənişi aparılıb. Xidmətin keyfiyyətinin yüksəldilməsi və fasiləsizliyin təmin edilməsi nəticəsində “Naxçıvanpoçt” publik hüquqi şəxsin gəlirləri ötən illə müqayisədə 100 min manatdan çox artıb.
Vurğulanıb ki, nağdsız ödənişlərin təşviqi istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamına uyğun olaraq, “Naxçıvanpoçt” publik hüquqi şəxsin bütün xidmət sahələrini əhatə etməklə 182 POS-terminal quraşdırılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.