Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri görülür
Naxçıvan, 11 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli orqanları tərəfindən dekabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 6 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergiödəyicisində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 vergiödəyicisində malların təqdim edilməsi zamanı qaimə-faktura təqdim edilməməsi, 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 3 vergiödəyicisində isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:43]
Naxçıvan idmançıları ölkə birinciliyində 27 medal qazanıblar
- 18.06.2026 [17:40]
Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
- 18.06.2026 [17:33]
GDU-da keçirilən bilik yarışında “Elm yolçuları” birinci oldu
- 18.06.2026 [16:55]