M.Zaxarova: Biz münaqişələrin tənzimlənməsində xalq diplomatiyasının rolunu yüksək qiymətləndiririk
Moskva, 3 fevral, AZƏRTAC
“Biz münaqişələrin tənzimlənməsində xalq diplomatiyasının rolunu yüksək qiymətləndiririk. Bu diplomatiyanın ən vacib missiyası münaqişə tərəflərinin ictimai dairələrində belə bir fikir yaratmaqdan ibarətdir ki, qarşılıqlı məqbul, kompromis həllərin dinc yolla axtarışının alternativi yoxdur”.
Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi növbəti brifinqdə Azərbaycan ilə Ermənistan arasında sülh platforması barədə sualı cavablandırarkən söyləyib.
O qeyd edib ki, RF XİN münaqişələrin dinc yolla həlli məqsədilə hər hansı ictimai təşəbbüsləri alqışlayır.
M.Zaxarova Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Rusiya və ABŞ-ın qarşılıqlı fəaliyyət perspektivləri barədə suala cavab olaraq bildirib ki, tərəflər arasında əlaqələr hələ yenicə başlayır. RF XİN nümayəndəsi deyib: “Amerikalılarla əlaqələr məsələsinə gəldikdə, bu əlaqələr hələ qarşıdadır və indi onları şərh etməyin mənası yoxdur. Gəlin bu əlaqələr baş tutana qədər gözləyək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]