NABUKKO LAYİHƏSİ İLƏ BAĞLI DANIŞIQLAR DAVAM EDİR
ABŞ Prezidentinin enerji məsələləri üzrə xüsusi elçisi Boyden Qrey AZƏRTAC-a bildirmişdir ki, Nabukko layihəsi ilə bağlı danışıqlar davam edir.
Bakıda səfərdə olan B.Qrey qeyd etmişdir ki, hazırda yeni tranzit yolları əsas müzakirə mövzusudur. Azərbaycandan keçməklə enerji ehtiyatlarının Avropaya nəqlinə böyük maraq vardır və bu, çox əhəmiyyətlidir. İndi əsas məsələ Türkiyənin boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı atacağı addımlardan asılıdır. Bu məsələlər ciddi müzakirə obyektidir. “Transxəzər” layihəsi ilə bağlı danışıqlar da davam etdirilir.
B.Qrey demişdir ki, Nabukko layihəsindən əvvəl Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsinin həyata keçəcəyi də istisna deyil. Hamımız bütün diqqəti Nabukko layihəsi üzərində cəmləşdirmişik. Amma başqa layihələr də mövcuddur. Həmin layihələr vasitəsilə enerji resurslarını Avropaya çatdırmaq mümkündür.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]