Naftalan sakinlərində narkotik aşkarlanıb
Bakı, 28 mart, AZƏRTAC
Naftalan sakinlərində narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq ŞPŞ-yə gətirilib. Onların üzərində şəxsi axtarış keçirilən zaman P.Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0,284 qram, R.Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0,401 qram narkotik vasitə olan “heroin” aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]