NARKOMANİYA ƏLEYHİNƏ PLAKAT SƏRGİ-MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın həyata keçirilməsi sahəsində Gənclər, İdman və Turizm Nazirliyi Rəssamlar İttifaqı ilə birgə Azərbaycan Miniatür Sənəti Mərkəzində “Narkomaniya əsrimizin bəlasıdır” mövzusunda gənclərin plakat janrında əsərlərindən ibarət respublika sərgi- müsabiqəsinin final mərhələsi keçirilmişdir.
Sərgi-müsabiqədə ölkəmizin 62 rayonundan 67 plakat nümayiş etdirilmişdir.
Birinci yerə İsmayıllı rayonundan Ramilə Osmanova, 2-ci, 3-cü yerlərə Hacıqabuldan Heyran İmanova və Naxçıvandan Turan Həsənli layiq görülmüşlər.
Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO
- 30.09.2026 [19:05]