Nasir Əbdül Kərim: Bakı Şopinq Festivalı iqtisadiyyata təkan verəcək
Bakı, 4 noyabr, AZƏRTAC
Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdül Kərim Azərbaycan hökumətinin ölkədə şopinq festivalı keçirmək təşəbbüsünü yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, festivalın saytına açıqlama verən diplomat deyib: “Bu tipli festivallar ölkədə turizmin inkişafına təsirsiz qalmayacaq. Bakıda şopinq festivalının keçirilməsi çox yaxşıdır. Bu, ölkəyə turist cəlb etmək üçün möhtəşəm tədbirdir. Azərbaycan çox gözəl və füsunkar ölkədir. Şopinq festivalı isə turistləri həm Azərbaycanın gözəlliyini görməyə, həm də buraya gəlib alış-veriş etməyə sövq edəcək”.
Səfir bildirib ki, şopinq festivalı, eyni zamanda, iqtisadiyyatın inkişafına təkan verəcək. Sahibkarlığın rəqabətə yol açdığını deyən səfir düşünür ki, festival həm də məhsulların daha cəlbedici yolla müştərilərə təqdim edilməsinə müsbət təsir göstərə bilər: “Sahibkarlığın inkişafı iqtisadiyyatı irəli aparır. Bu kimi festivalların hər il keçirilməsi çox yaxşıdır. Düşünürəm ki, bu, həm də daxili iqtisadiyyata, yəni bir tərəfdən turizmin inkişafına töhfə verəcək, digər tərəfdən də yerli istehlakçıların daha çox alış-veriş etməsinə şərait yaradacaq. Daha çox alış-veriş isə iqtisadiyyata təkan verəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]