NATO-nun Ankara sammitinin əsas mövzuları açıqlanıb
Bakı, 1 iyul, AZƏRTAC
NATO-nun rəqəmsal transformasiyası, müdafiə sahəsində süni intellektdən istifadə və kibertəhdidlərə qarşı mübarizənin gücləndirilməsi alyansın iyulun 7-8-də Ankarada keçiriləcək sammitinin əsas müzakirə mövzuları olacaq.
AZƏRTAC “Türkiye” qəzetinə istinadən xəbər verir ki, müzakirələr zamanı Çinin texnoloji inkişafına xüsusi diqqət yetiriləcək.
Nəşr qeyd edir ki, alyans kritik kommunikasiya sistemlərinin qorunması, məlumat təhlükəsizliyinin gücləndirilməsi və strateji texnologiyaların idxaldan asılılığının azaldılması istiqamətində birgə layihələr hazırlayır.
Tədbirdə süni intellekt əsaslı müdafiə sistemlərinin inkişafı, kibertəhlükəsizlik, müdafiə sənayesində texnoloji əməkdaşlıq, eləcə də üzv ölkələrin rəqəmsal infrastrukturunun dayanıqlığının artırılması məsələlərinin müzakirə olunacağı gözlənilir. Gündəlikdə, həmçinin Ukrayna-Rusiya müharibəsi, İran ətrafında vəziyyət, Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də yer alacaq.
Bildirilir ki, tədbir çərçivəsində NATO ölkələri arasında silah istehsalı və tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş ayrıca müdafiə sənayesi forumu keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [12:04]
ABŞ İraqa dollar göndərişlərini bərpa edib
- 02.07.2026 [11:49]
Almaniyada xəstəxanada yanğın: 2 nəfər ölüb, 34-ü xəsarət alıb
- 02.07.2026 [11:46]
Fransada meşə yanğınları baş verib
- 02.07.2026 [11:16]
Tonqa adalarında 5,7 bal gücündə zəlzələ baş verib
- 02.07.2026 [11:15]
Fransada məhbusların sayı rekord həddə çatıb, həbsxanalarda sıxlıq artıb
- 02.07.2026 [11:05]
Pakistanda musson yağışları 11 nəfərin həyatına son qoyub
Bu saata olan əsas xəbərlər
- [12:00]
İsveçdə iyulun 1-dən yeni qanunlar qüvvəyə minib
- 01.07.2026 [23:32]
Azərbaycan atletləri Qosanov Memorialını dörd medalla başa vurublar
- 01.07.2026 [22:44]
“Sabah” Kurasao millisinin futbolçusunu transfer edib
- 01.07.2026 [22:32]
DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb
- 01.07.2026 [22:10]
"Qarabağ" bir gündə ikinci məğlubiyyətini alıb
- 01.07.2026 [21:42]
Rusiyada benzin və dizel yanacağı həftə ərzində bahalaşmaqda davam edib
- 01.07.2026 [21:36]
Penza vilayətinə PUA hücumu nəticəsində iki nəfər xəsarət alıb
- 01.07.2026 [21:20]
Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar
- 01.07.2026 [20:49]
Azərbaycanın U-17 millisi Tacikistan yığmasına qalib gəlib
- 01.07.2026 [20:37]