NATO-nun Baş katibi BVF-in yeni rəhbəri ola bilər
Bakı, 22 dekabr, AZƏRTAC
NATO-nun Baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri ola bilər. Bu barədə Norveçin TV2 telekanalı NATO-dakı mənbəyə istinadla məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Stoltenberqin yeni vəzifəyə təyin olunması onun Şimali Atlantika Alyansının rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra ola bilər. Stoltenberqin 2023-cü il oktyabrın 1-də NATO-nun Baş katibi vəzifəsindən gedəcəyi gözlənilir.
Telekanal mənbəyə istinadla bildirib ki, ABŞ Stoltenberqi Beynəlxalq Valyuta Fondunun rəhbəri kimi görmək istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]