Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Acarıstan Muxtar Respublikasında işgüzar səfərdə olub

Naxçıvan, 30 iyul (AZƏRTAC). İyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Hökuməti Sədrinin dəvəti ilə Batumiyə gəlib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Batumi Beynəlxalq Hava Limanında Ali Məclisin Sədrini Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze, Azərbaycan Respublikasının Acarıstan Muxtar Respublikasındakı baş konsulu Hüseyn Nəcəfov və digər rəsmi şəxslər qarşılayıblar.

Acarıstan Muxtar Respublikası

Hökumətinin Sədri ilə görüş

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadzenin görüşü olub.

Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze Hökumət binasının önündə Ali Məclisin Sədrini qarşılayıb.

Arçil Xabadze dəvətini qəbul edib Acarıstan Muxtar Respublikasına səfər etdiyinə görə Ali Məclisin Sədrinə təşəkkürünü bildirib, ölkələrimiz, eləcə də hər iki muxtar respublika arasındakı əlaqələrin inkişafının əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf edir. Təhsil, səhiyyə, nəqliyyat-ticarət və digər sahələrdəki səmərəli əməkdaşlıq mühüm əhəmiyyətə malikdir.

Qarşılıqlı səfərlərin uğurlu nəticələr verdiyini vurğulayan Arçil Xabadze gələcəkdə əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafı üçün potensialın olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və hökuməti adından Acarıstan Muxtar Respublikasının əhalisinə, bütün gürcü xalqına ən xoş arzularını çatdıraraq deyib: Əsası 2012-ci ildə qoyulmuş əlaqələrimizin hazırkı səviyyəsi bizdə məmnunluq doğurur. 2012-ci ilin yanvar və iyun aylarında hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri olub, “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum” imzalanıb. Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr hər iki tərəfin səyləri ilə ilbəil genişlənir. Hazırda ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələrimiz əməkdaşlığımızın böyük potensiala malik olduğunu göstərir. İnkişaf edən əlaqələrin nəticəsi olaraq muxtar respublikanın sahibkarlıq subyektləri Acarıstan Muxtar Respublikasının iqtisadiyyatına birbaşa investisiya qoyuluşunda iştirak edirlər.

Ali Məclisin Sədri deyib: Elm və təhsil müəssisələrimiz arasındakı əlaqələr də böyük potensiala malikdir. Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında imzalanmış memoranduma əsasən, qarşılıqlı tələbə və elmi informasiya mübadiləsi həyata keçirilir. Bizim əlaqələrimiz qardaşlıq əlaqəsidir. Bizim əlaqələrimiz hər iki tərəfin insanlarını daha da yaxınlaşdırmaq və onlara xidmət əlaqəsidir.

Ali Məclisin Sədri əlaqələrin daha da inkişaf etdirilməsində göstərdiyi səylərə və dəvətə görə Acarıstan Hökumətinin Sədrinə təşəkkür edib, bundan sonra da Naxçıvan Muxtar Respublikası tərəfindən Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi qardaşlıq və qarşılıqlı tərəfdaşlıq əlaqələrinin davam və inkişaf etdirilməsində səylərin artırılacağını bildirib.

Görüşdə mədəniyyət, turizm, idman və təhsil sahəsində əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov, Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Davit Baladze, təhsil, mədəniyyət və idman naziri George Tavamaişvili, kənd təsərrüfatı naziri Zaur Phutkaradze, səhiyyə, əmək və sosial müdafiə naziri Nugzar Surmanidze görüşdə iştirak ediblər.

Görüş başa çatdıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze jurnalistlərə müsahibə veriblər.

* * *

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Batumi şəhərinin dənizkənarı parkında olub, şəhərin mövcud infrastrukturu ilə maraqlanıb.

Günün sonunda Ali Məclis Sədrinin şərəfinə rəsmi ziyafət verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Acarıstan

Muxtar Respublikası Ali Sovetində olub

İyulun 29-da - səfərin ikinci günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Acarıstan Ali Sovetinin Sədri Avtandil Beridze ilə görüşüb.

Avtandil Beridze nümayəndə heyətini səmimiyyətlə salamlayıb, ötən il Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində muxtar respublikaya səfərini və Ali Məclisin Sədri ilə keçirilən görüşü xatırlayıb, qədim tarixə malik olan Naxçıvanın onda xoş təəssürat yaratdığını bildirib.

Ali Sovetin Sədri ikitərəfli əlaqələrin inkişafının hər iki tərəfin səyləri ilə uğurla davam etdirildiyini deyib, dostluq və qarşılıqlı əməkdaşlıq səviyyəsində inkişaf edən münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin dinamik inkişafa malik olduğunu, əməkdaşlığın hazırkı səviyyəyə çatmasında parlamentlərarası münasibətlərin də mühüm rol oynadığını bildirib.

Qeyd olunub ki, 2012-ci il yanvarın 27-dən 29-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti Acarıstan Muxtar Respublikasında səfərdə olub, Acarıstan parlamentində görüşlər keçirilib. Bu görüşlər əməkdaşlığın daha da genişlənməsi üçün mühüm əhəmiyyət daşıyıb.

Ali Məclisin Sədri xarici iqtisadi əlaqələrdə qardaş Gürcüstanın Acarıstan Muxtar Respublikası ilə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib, hər iki tərəfdən qardaşlıq münasibətlərinin dərinləşməsində əməyi olanlara təşəkkür edib.

Görüşdən sonra Ali Məclisin Sədri Acarıstan parlamentinin iclas zalı ilə tanış olub, xatirə şəkli çəkdirilib, yerli televiziya əməkdaşlarına müsahibə verilib.

* * *

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Acarıstan Muxtar Respublikasının görməli yerlərindən olan Botanika bağında olub, burada mühafizə olunan bitki növləri ilə maraqlanıb.

Məlumat verilib ki, Botanika bağı Batumi şəhərinin 9 kilometr şimalında, Qara dənizin sahilində yerləşir. 111 hektar ərazisi olan Botanika bağı 1880-ci ildə qurulmağa başlanıb və 1912-ci ildə başa çatdırılıb. Burada Qafqaz regionuna xas olan bitki növləri ilə yanaşı, Şərqi Asiya, Yeni Zelandiya, Cənubi Amerika, Meksika, Avstraliya və Himalaydan gətirilmiş 2000-dən artıq bitki növü də mühafizə olunur. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar tərəfindən maraqla qarşılanan Botanika bağı alim və tədqiqatçılar üçün də əlverişli məkandır.

* * *

Təhsil sahəsində əlaqələr uğurla inkişaf edir

Batumi Dövlət Universitetində görüş

İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şota Rustaveli adına Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb.

Mərasimi Batumi Dövlət Universitetinin prorektoru İrakli Baramidze açaraq, universitetin fəxri doktoru - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə keçirilən görüşdən məmnunluğunu ifadə edib. İrakli Baramidze Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qurulan səmərəli elmi əməkdaşlığın, aparılan qarşılıqlı tələbə və elmi informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb, ali təhsil ocaqları arasındakı əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Batumi Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivini salamlayaraq deyib: Azərbaycan və Gürcüstan sıx əməkdaşlığa malikdirlər. Bu əməkdaşlığın ruhuna uyğun olaraq hər iki ölkənin muxtar qurumları - Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında da qardaşlıq və əməkdaşlıq əlaqələri genişlənməkdədir. Biz münasibətlərimizin inkişafında ziyalıların, elm və təhsil işçilərinin əməkdaşlığına mühüm əhəmiyyət veririk.

Qeyd olunub ki, Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında bağlanmış müqaviləyə uyğun olaraq hər iki ali təhsil müəssisəsi 2012-ci ildən sıx əməkdaşlıq edir. Universitetlərarası tələbə və müəllim mübadiləsi həyata keçirilir. Hər iki tərəfin elm və təhsil müəssisələrində keçirilən beynəlxalq elmi konfranslarda gürcü və azərbaycanlı alimlərin iştirak və çıxışları humanitar sahədə əlaqələri daha da genişləndirib. Batumi Dövlət Universitetində yaradılmış “Acarıstan-Naxçıvan Muxtar Respublikası” Dostluq auditoriyası dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsidir.

Ali Məclisin Sədri Şota Rustaveli adına Batumi Dövlət Universitetinin fəxri doktoru adını daşımağın onun üçün fəxr olduğunu bildirib, Azərbaycan-Gürcüstan təhsil və elmi əlaqələrinin inkişafında göstərdikləri səylərə görə universitetin professor-müəllim heyətinə təşəkkür edib.

Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov, Azərbaycanın Acarıstan Muxtar Respublikasındakı baş konsulu Hüseyn Nəcəfov və Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze çıxış edərək universitetlər arasındakı əlaqələrin hazırkı səviyyəsi və gələcək perspektivlərindən danışıblar.

Batumi Dövlət Universitetinin müəllimləri və bu universitetin mübadilə əsasında Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələri ali təhsil ocaqları arasında əməkdaşlığın qurulmasına və inkişafına göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Sonra Ali Məclisin Sədri Batumi Dövlət Universitetinin müəllim və tələbələrinə kompyuter dəstləri hədiyyə edib, onlarla xatirə şəkli çəkdirib.

Görüşdən sonra yerli kütləvi informasiya vasitələrinə müsahibə verən Ali Məclisin Sədri Naxçıvan və Acarıstan muxtar respublikaları arasında münasibətlərin, xüsusilə təhsil sahəsindəki əlaqələrin məmnunluq doğurduğunu bildirib, bu əməkdaşlığın perspektivləri barədə sualları cavablandırıb.

* * *

İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Acarıstan Muxtar Respublikasına səfəri başa çatıb.

Ali Məclisin Sədrini Batumi Beynəlxalq Hava Limanında Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze, Acarıstan Ali Sovetinin Sədri Avtandil Beridze, Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov və digər rəsmi şəxslər yola salıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada ilk qar

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb