NAXÇIVAN ŞƏHƏR TƏHSİL İŞÇİLƏRİNİN AVQUST KONFRANSI KEÇİRİLMİŞDİR
Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan 1206 yerlik məktəb yeni tədris ilində ilk dəfə olaraq qapılarını şagirdlərin üzünə açacaqdır.
“Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanı Naxçıvan şəhərinin təhsil işçilərinin, pedaqoji kollektivlərinin böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bütün bunlar barədə Naxçıvan şəhər təhsil işçilərinin avqust konfransında ətraflı danışılmışdır.
Məruzə ilə şəhər təhsil şöbəsinin müdiri Rüfət Quliyev çıxış etmişdir.
Naxçıvan MR təhsil naziri Həmzə Cəfərov, şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərov və digər natiqlər təhsil işçilərini yeni dərs ili ilə əlaqədar təbrik etmiş, onlara gənc nəslin təlim-tərbiyəsi sahəsində fəaliyyətdə uğurlar arzulamışlar.