Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhərində 2 nömrəli Təqaüdçülər Klubunun yeni binası istifadəyə verilib

Naxçıvan, 30 sentyabr, AZƏRTAC

Muxtar respublikada sakinlərin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Yeni parkların salınması, xidmət sahələrinin fəaliyyətə başlaması, yaşayış məntəqələrində mədəniyyət evləri və klublar üçün yeni binaların istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 30-da - Beynəlxalq Ahıllar Günü ərəfəsində Naxçıvan şəhərində 2 nömrəli Təqaüdçülər Klubu üçün yeni bina istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Ali Məclisin Sədri yeni binanın istifadəyə verilməsi münasibətilə təqaüdçüləri təbrik edərək deyib: Təqaüdçülər Klubu 1974-cü ildən fəaliyyət göstərir. Ötən dövrdə klub Naxçıvan şəhərindən olan təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili sahəsində səmərəli fəaliyyət göstərmişdir. Ona görə də klubun yerləşdiyi bina yenidən qurulmuş, müasir tələblərə uyğun şərait yaradılmış, oxu və stolüstü oyun zalları istifadəyə verilmişdir.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə bütün kateqoriyadan olan insanların fəaliyyəti və rahatlığı üçün lazımi şərait yaradılır. Şagirdlərin yaxşı təhsil alması üçün müasir məktəblər, həkimlərin səmərəli fəaliyyəti üçün yeni xəstəxanalar, eləcə də digər sosial obyektlər tikilərək istifadəyə verilir, insanlara hərtərəfli xidmət göstərilir. Bu gün istifadəyə verilən 2 nömrəli Təqaüdçülər Klubunda yaradılan şərait də müxtəlif yarışların keçirilməsinə, mütaliə günlərinin və kitab müzakirələrinin təşkilinə imkan verəcəkdir. Yaşlı insanlar, təqaüdçülər ölkəmizin sərvətidir. Onların keçdiyi həyat yolu gənc nəsil üçün nümunədir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, ənənələrimiz yaşadılmalı və gənc nəslə öyrədilməlidir.

Ali Məclisin Sədri klubun səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib, bir daha təqaüdçüləri təbrik edib.

Naxçıvan şəhər sakini Qadir Həsənov təqaüdçülər adından minnətdarlıq edərək deyib: Bu gün muxtar respublikada bütün təbəqədən olan insanlar diqqət mərkəzindədir. Ahıl vətəndaşlara, təqaüdçülərə göstərilən qayğı, onların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər minnətdarlıqla qarşılanır. Aparılan quruculuq işləri nəticəsində yeni parklar, istirahət guşələri istifadəyə verilir. Təqaüdçülər üçün nəzərdə tutulan bu klub əvvəllər lazımi şəraiti olmayan binada yerləşirdi. Lakin bu gün istifadəyə verilən yeni binada asudə vaxtın səmərəli təşkili üçün bütün imkanlar var. Bu da dövlətimizin öz vətəndaşına göstərdiyi qayğının daha bir ifadəsidir.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən klub təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili, stolüstü oyunların və yarışların keçirilməsi, qəzet və jurnalların oxunmasının təşkili, kitab mütaliəsinin təmin olunması sahəsində fəaliyyət göstərir, əlamətdar günlərdə müxtəlif tədbirlər keçirilir. Bu işlərin uğurla həyata keçirilməsi üçün binada lazımi şərait yaradılıb, iş otağı, stolüstü oyun zalı, oxu zalı və bufet istifadəyə verilib.

Ali Məclisin Sədri oxu zalının mütəmadi olaraq yeni ədəbiyyatlarla zənginləşdirilməsi barədə tapşırıq verib.

Naxçıvan şəhərindəki çoxmənzilli
yaşayış binaları yenidən qurulur

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında sosial islahatların əhatə dairəsini xeyli genişləndirib. Əhalinin məşğulluğunun və rahat yaşayışının təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması muxtar respublikada həyata keçirilən sosial siyasətin və aparılan quruculuq işlərinin əsasını təşkil edir. Hər il Naxçıvan şəhərində yeni ictimai yaşayış binaları tikilərək istifadəyə verilir, mövcud çoxmənzilli yaşayış binaları yenidən qurulur. Bu tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin İstiqlal küçəsindəki 79 nömrəli yaşayış binasında da yenidənqurma işləri aparılıb.

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada görülən işlərlə maraqlanıb, sakinlərlə görüşüb.

Ali Məclisin Sədri Naxçıvan şəhərində yeni abad məhəllənin yaranması və yaşayış binasının yenidən qurulması münasibətilə sakinləri təbrik edərək deyib: Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər bölgələrində də geniş abadlıq-quruculuq işləri aparılır, yeni sosial obyektlər tikilir. Bu gün muxtar respublikada sabitlik, enerji və ərzaq təhlükəsizliyi təmin olunub. Muxtar respublikanın hərtərəfli inkişafı isə insanların həyat səviyyəsini yaxşılaşdırır, yeni iş yerləri açılır. Vaxtilə Naxçıvan şəhərindəki binalarda lazımi kommunal məişət şəraiti yox idi, elektrik enerjisi fasilələrlə verilirdi, içməli su təminatı ödənilmirdi. Lakin bu gün mənzillərə 24 saat dayanıqlı elektrik enerjisi, təbii qaz və içməli su verilir. Yenidən qurulan bu yaşayış binasında da sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan şəhərində quruculuq işləri bundan sonra da davam etdiriləcək, digər yaşayış binalarında da yenidənqurma işləri aparılacaqdır. Sakinlər də tikilənləri, qurulanları qorumalı, yaşadıqları binanı, məhəlləni təmiz saxlamalıdırlar. Çünki həyata keçirilən bu tədbirlər ölkəmizin inkişafına, insanların rahat yaşayışına hesablanıb.

Bina sakini, ziyalı Zəhmət Şahverdiyev minnətdarlıq edərək deyib: Naxçıvanın çətin günlərini yaxşı xatırlayırıq. Vaxtilə mənzillərə gün ərzində 2 saat elektrik enerjisi verilirdi, içməli su, təbii qaz təminatı yox idi. İqtisadiyyatın və sosial həyatın bütün sahələrində geriləmə müşahidə olunurdu. Lakin ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında kompleks inkişafa nail olunub. Muxtar respublikanın kəndində də, şəhərində də geniş quruculuq işləri aparılır. Naxçıvan müasir üslubda yenidən qurulur, sakinlərin rahat yaşayışı üçün bütün tədbirlər görülür. Muxtar respublikada görülən bu işləri vaxtilə ümummilli liderimiz Heydər Əliyevin, bu gün isə ölkə Prezidenti cənab İlham Əliyevin yüksək qiymətləndirməsi sakinləri daha da qürurlandırır, onların qurub, yaratmaq əzmini artırır.

Bina ilə tanışlıq zamanı məlumat verilib ki, 5 mərtəbəli yaşayış binasında 45 mənzil vardır. Yenidənqurma işləri zamanı binanın mühəndis-kommunikasiya sistemləri yenilənib, fasadı, dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, dəhlizlər və zirzəmi qatı təmir olunub. Zirzəmi qatında xidmət sahələri üçün yerlər ayrılıb. Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir