Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan şəhərində zinət əşyaları hazırlayan fabrik fəaliyyətə başlayıb

Naxçıvan, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan qızıl və gümüş zinət əşyaları hazırlayan fabrik istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müəssisənin açılışını bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikasının iqtisаdiyyat nаziri Famil Sеyidоv çıxış edərək deyib ki, bu gün Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyətinin zinət əşyaları müəssisəsinin istifadəyə verilməsi sahibkarlığın inkişafı, istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında investisiyaların təşviqi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq istehsal sahəsinin fəaliyyətinin stimullaşdırılması məqsədilə İtaliya və Almaniyadan idxal edilən avadanlıqlara investisiya təşviqi sənədi verilib, müəssisənin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bu müəssisə muxtar respublikada zinət əşyalarına olan tələbatı daxili imkanlar hesabına ödəməyə imkan verəcəkdir.

“Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının direktoru İlqar Sadiqov deyib ki, muxtar respublikada sahibkarlıq fəaliyyətinin inkişafına göstərilən diqqət və qayğı müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaranmasına səbəb olub. “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqı da yeni məhsul istehsal edən müəssisələr yaratmaqla tələbatın daxili imkanlar hesabına ödənilməsinə çalışır. Qızıl və gümüş zinət əşyaları istehsalı sahəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondundan 600 min, şirkətin daxili imkanları hesabına isə 2 milyon 700 min manat vəsait sərf olunub. İlqar Sadiqov sahibkarlığın inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə kollektiv adından minnətdarlıq edib, yaradılan şəraitin müqabilində bundan sonra da səylə çalışacaqlarını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada yeni bir sahənin - zinət əşyaları müəssisənin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Muxtar respublikada vaxtilə zinət əşyaları hazırlayan ustalar olmuşdur. Lakin varislik təmin olunmadığı üçün bu sənət zamanla unudulmuşdur. Bu gün muxtar respublikada az sayda usta bu sənətlə məşğul olur. Zinət əşyaları istehsalı müəssisəsinin yaradılması, müasir avadanlıqların qurulması və mütəxəssislərin cəlb olunması həm zinət əşyalarının hazırlanması üzrə varisliyi təmin edəcək, həm də bu sənət muxtar respublikada inkişaf edəcəkdir.

Ali Məclisin Sədri deyib: Bu müəssisələr o yerdə yaradılır ki, orada sabitlik, inkişaf, dövlət qayğısı və bazar olsun. Hazırda muxtar respublikada özəl bölmənin inkişaf etdirilməsi üçün həm sabitlik, həm də dövlət qayğısı və bazar mövcuddur. Muxtar respublikada əhalinin və turistlərin tələbatının artması onu deməyə əsas verir ki, zinət əşyaları bazarı da aktiv fəaliyyət göstərəcəkdir. Çünki zinət əşyaları hər bir insana, hər bir ailəyə lazım olur. Ona görə də müəssisədə keyfiyyətli və bazarın tələblərinə uyğun məhsul istehsal olunmalıdır.

Ali Məclisin Sədri istehsal olunan məhsulların ölkə və xarici bazarda özünə yer tutacağına əminliyini bildirərək deyib ki, müəssisədə zinət əşyalarından başqa, dövlət sifarişləri də yerinə yetiriləcək, muxtar respublikanın fəxri adlarının döş nişanları burada hazırlanacaqdır. Dövlət dəstəyinin göstərilməsi isə müəssisənin fəaliyyətinin genişləndirilməsinə şərait yaradacaqdır. Müəssisədə mütəxəssis hazırlığına və işin keyfiyyətinə diqqət artırılmalıdır. Zinət əşyaları istehsalı müəssisəsinin yaradılması muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsinin də göstəricisidir.

Ali Məclisin Sədri bir daha kollektivi təbrik edib, təşkilatçılara təşəkkürünü bildirib və istehsal sahəsinə baxıb.

Məlumat verilib ki, müəssisədə əritmə, rezin və mum hazırlama, saflaşdırma, metal yoxlama və laboratoriya, lazer, keyfiyyətə nəzarət və təhvil, metal hazırlama, dizayn və nümunə, atelye və qaşbərkitmə bölmələri fəaliyyət göstərir. İtaliya və Almaniya istehsalı olan avadanlıqlarla təchiz edilmiş müəssisədə bütün növ qızıl və gümüş zinət əşyaları, medalyonlar və döş nişanları istehsal olunacaqdır. Müəssisə gün ərzində 5-10 kiloqram əlvan metalları əritmə gücünə, növündən, çəkisindən, modelindən, qiymətli qaş və brilyant miqdarından asılı olaraq 500 ədəd hazır məhsul istehsalı gücünə malikdir.

İtaliyalı mütəxəssis Vittario Qaliano bildirib ki, müəssisədə istənilən qəlib və ölçülərdə, eləcə də dizaynda zinət əşyaları istehsal etmək mümkündür. Qızılın əridilməsi, yoxlanması, təmizlənməsi, nümunələrin hazırlanması və son istehsal prosesinə qədər olan işlər ardıcıl formada həyata keçirilir. Bu da müasir dövrdə zinət əşyaları istehsalı sahəsində tətbiq olunan ən son nailiyyətdir.

İstehsal sahəsi generator, kompressor, transformator, qazanxana, mərkəzi havalandırma, zəhərli qazların təmizlənməsi, isitmə və soyutma sistemləri ilə təchiz edilib. Müəssisənin ərazisində təhlükəsizlik kameraları, yanğından mühafizə sistemi, hərəkət və sınma sensorları, metal dedektorları quraşdırılıb. Həmçinin cəmiyyətin Naxçıvan şəhərində firma mağazası da yaradılıb. Müəssisədə 35 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri muxtar respublikanın qədim zinət əşyaları nümunələrinin istehsal prosesində tətbiq edilməsi, bazarın tələbinin öyrənilməsi və bütün yaş səviyyələrinə uyğun məhsulların istehsal olunması, dövlət sifarişlərinin qeydiyyatının aparılması və müəssisədə qızıl qəbulunun həyata keçirilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Periprostetik infeksiya: Diaqnostika, müalicə və müasir konsepsiya" mövzusunda beynəlxalq praktik təlim kursu keçirilib

Gədəbəyin Qızılqaya kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb

Türkiyə-Azərbaycan qardaşlığı regionda sülhün və təhlükəsizliyin qarantıdır - RƏY

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb

ABŞ Dövlət katibi Lavrovla telefon danışığı aparıb

Azərbaycan caz-muğam üslubunun banisi - Vaqif Mustafazadə

Yaponiya, Çin və Cənubi Koreya XİN rəhbərləri doğumun azalmasını müzakirə edəcək

Araşdırma: Kərə yağı istehlakı ölüm riskini artıra bilər

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

ABŞ-da güclü qasırğa nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Fransa, İtaliya və Böyük Britaniya 218 “Aster” zenit-raket kompleksi sifariş edib

Papa Fransiskin səhhəti yaxşılaşır

Açıq mənbəli süni intellekt çətin tibbi diaqnostikada qapalı modellərlə rəqabət aparır - TƏDQİQAT

Belqraddakı aksiyada 107 minədək insan iştirak edib

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

İtaliyada əlverişsiz hava şəraitinə görə 14 bələdiyyə ilə əlaqə kəsilib

Ali Məclisin deputatı: Qlobal Bakı Forumu Azərbaycanın qlobal siyasətdə artan rolunun göstəricisidir

Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb

Azərbaycanlı tələbələr Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsinə başlayıblar

“Karyerada Biz Forumu-2025” yekunlaşıb

Tramp ABŞ ordusuna husilərə qarşı genişmiqyaslı əməliyyat başlatmağı əmr edib

Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi olub

İtaliya A Seriyası: “Milan” doğma meydanda üç xal qazanıb

İtaliyada yenidən zəlzələ olub, 100 nəfər təxliyə edilib

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin birinci mərhələsi üzrə test imtahanları olub

Misli Premyer Liqası: Bu gün keçirilən iki oyun heç-heçə ilə yekunlaşıb

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

UNESCO: Azərbaycan rəhbərliyinin mədəniyyət və iqlim dəyişikliyi təşəbbüsünü yüksək qiymətləndiririk

Bundesliqanın 26-cı turunda “Bavariya” səfərdə “Union Berlin”in qonağı olub

UNESCO: Qədim insan məskənlərinin zəngin artefaktları münaqişələr zamanı qanunsuz ticarətə və talançılığa məruz qalır

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Böyük Britaniya Ukrayna ilə bağlı virtual sammitə ev sahibliyi edib

Gədəbəy rayonunun Qızılca meşəbəyliyində yanğın olub

İƏT-in Mədəniyyət İnstitutunun prezidenti Azərbaycan Milli Kitabxanasında olub

CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir

Biləsuvarlı şagirdlər "Sabahın alimləri" müsabiqəsində qızıl medalla təltif olunublar

Lənkəranda “Novruz - milli birlik bayramı" adlı tədbir təşkil olunub

XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb

Muxtar respublikada "Müəllimlərin Riyaziyyat müsabiqəsi" keçirilib

Azərbaycan millisi Bolqarıstana qalib gəlib

Azərbaycan Qlobal Bakı Forumu vasitəsilə çox neytral dialoq mühiti yaradıb - ŞƏRH

Bu il Naxçıvanda 120 minə yaxın ting əkiləcək

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB VİDEO

Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub

“Çelsi” daha bir transfer edib

Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib

İspaniyalı baş məşqçi: Oyunu ilk 10 dəqiqədə uduzduq

XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib

Naxçıvanda Nəsrəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının şəhər-rayon mərhələsi keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

Avropa komissarı: Trans-Xəzər dəhlizi Asiyadan Avropaya yükdaşımaların müddətini 15 günə qədər azaldacaq

“Barselona”nın baş məşqçisi: Qavi gələcəkdə komandanın ulduzlarından birinə çevriləcək

"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO

İsmail Serageldin: Bu gün teletibb və süni intellektlə əvvəllər mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var

Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib

Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə həlledici mərhələyə vəsiqə qazanıb

Ağstafada minə yaxın sərv ağacı əkilib

Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək VİDEO

“Gəncə” basketbol komandasının baş məşqçisi: Çox çətin dövrdən keçirik

Türkiyə XİN: İslamofobiya qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükədir

Hacıqabulda evdə yanğın baş verib VİDEO

Viktor Orban: Bizə keçmişdə qaldığımızı dedilər, amma sizə bildirirəm ki, gələcək bizimdir

Nazir: Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur VİDEO

Basketbol üzrə Azərbaycan çempionatında növbəti oyun keçirilib

Azərbaycanın taekvondo hakimi Qazaxıstanda turnirin ən yaxşısı seçilib

İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə etiraz məktubu ünvanlayıb

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır

İğdır valisi Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına töhfəsinə görə mükafatlandırılıb

İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir

Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub

Azərbaycan paralimpiyaçısı bu gün beynəlxalq turnirdə iştirak edəcək

Nazir: Səhiyyə sənayesi texnoloji irəliləyişlərin və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacaq VİDEO

Maliyyə naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Azərbaycanın U-21 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Beynəlxalq Akademiya Yaqub Mahmudov haqqında kitab nəşr etdirib

Ançelotti sıx oyun qrafikindən şikayətlənib

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

Latviyada Novruz bayramı qeyd olunub

Bakı-Ələt magistral yolunda yük maşını yanıb

BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin nümayəndəsi: Bakı Forumu qlobal problemlərin həlli üçün yeni perspektivlər təqdim edir

Azərbaycan Qazaxıstanda mülki müdafiə üzrə beynəlxalq tədbirdə təmsil olunub

Belqradda minlərlə insanın iştirakı ilə aksiya keçirilir

“Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Sabirabad olub VİDEO

Temperatur 10-15 dərəcə enəcək – XƏBƏRDARLIQ

Qlobal Bakı Forumu Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platformadır ŞƏRH

“Milliyet” qəzeti: Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların başa çatması uzun yolun başlanğıcıdır

Qaradağ rayonunda əməliyyat zamanı 3 kiloqram narkotik vasitə aşkarlanıb

İtaliya sahillərində 4,7 bal gücündə zəlzələ olub

Bəzi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar FHN əhaliyə müraciət edib

Qlobal Bakı Forumu: Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var - YENİLƏNİB VİDEO

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Dendrologiya İnstitutu Azərbaycan Tibb Universitetində ağacəkmə aksiyası keçirib

İtaliyada əlverişsiz hava şəraitinə görə 248 nəfər təxliyə olunub

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirilib

Milli Kitabxanada “Xalq yazıçısı Süleyman Rəhimov–125” adlı virtual sərgi və ənənəvi kitab sərgisi təqdim edilib