Naxçıvan şəhərinin müəyyən ərazilərinə suyun verilişi dayandırılıb VİDEO
Naxçıvan, 10 dekabr, AZƏRTAC
Naxçıvan şəhərində su xəttində qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Nizami, C.Məmmədquluzadə, N.Tusi, V.Qasımov küçələrini, N.Naxçıvani məhəlləsini və Tumbul kəndini içməli su ilə təmin edən magistral xətdə qəza qeydə alınıb.
Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranıb. İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.