Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan” Universiteti üçün yeni universitet şəhərciyi istifadəyə verilib

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də - Bilik günündə “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni təhsil ilinin başlanması - Bilik Günü münasibətilə muxtar respublikanın bütün ümumtəhsil, ali, orta ixtisas və peşə təhsili məktəblərinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını və pedaqoji kollektivlərini, “Naxçıvan” Universitetinin kollektivini isə həm də yeni universitet şəhərciyinin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Hər bir cəmiyyətdə təhsil mühüm rola malikdir. Vaxtilə təhsilin cəmiyyətdəki rolundan danışan görkəmli yazıçı və ictimai-siyasi xadim Nəriman Nərimanov qeyd edirdi ki, heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Yalnız elmin və təhsilin gücünə tərəqqi etmək mümkündür. Bu gün bu fikirlərdəki həqiqətlər bir daha özünü göstərir. Müasir dünyada o dövlət güclü hesab olunur ki, onun güclü təhsil potensialı olsun. Amerika Birləşmiş Ştatlarının politoloqları deyirdilər ki, “Amerika Universitetləri güclüdür, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır, ona görə ki, onun universitetləri güclüdür”.

Ali Məclisin Sədri deyib: Hər il təhsil sahəsində həyata keçirilən tədbirlər qarşıda duran məqsədlərə daha da yaxınlaşmağa imkan yaradır. Bu gün Azərbaycan təhsilinin bəhrələri göz qabağındadır. Vətənpərvər, dövlətçiliyə və xalqa sədaqətli gənc nəsil yetişdirilir. Dayanıqlı inkişafın əsas təminatı olan insan kapitalı formalaşdırılır. Muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində müasir təhsil infrastrukturu, informasiya texnologiyalarına əsaslanan təhsil sistemi qurulur. Distant və elektron tədris tətbiq olunur.

Qeyd etmək lazımdır ki, görülən işlər tarazlı şəkildə təhsilin bütün pillələrini - ümumtəhsil, peşə və orta ixtisas təhsili sahələrini, eləcə də ali təhsil sistemini əhatə etmişdir. Son illər muxtar respublikanın ali təhsil müəssisələri üçün yeni binalar tikilmiş, müasir tədris şəraiti yaradılmışdır. Bu gün “Naxçıvan” Universitetinin yeni universitet şəhərciyinin istifadəyə verilməsi də təhsil sahəsində görülən işlərin tərkib hissəsidir. Hazırda muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində 97 ixtisas üzrə 8 mindən artıq tələbə təhsil alır.

Ali Məclisin Sədri deyib: Biz bu gün ali və orta ixtisas təhsili müəssisələrində oxuyan gənclərimizə baxarkən qürur duyuruq. Ona görə ki, onlar sabahımızın etibarlı təminatçılarıdır. Bu gün fürsətdən istifadə edərək bizi narahat edən bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Son vaxtlar ali məktəblərə qəbulla əlaqədar “müəyyən şəxslər” insanlar üçün bu həssas məsələdən sui-istifadə edərək qəbul imtahanlarında 0-100 arası bal toplayan və ya orta ümumtəhsil sənədi olan gəncləri qeyri-qanuni yolla bəzi xarici ölkələrdəki ali məktəblərə təşviq edərək asan qazanc götürmək istəyirlər. Təəssüf ki, bəzi gənclər və valideynlər də belə “şəxslərə” inanırlar. Onların nəzərinə çatdırmaq istəyirik ki, ölkəmizdə və xaricdə ali və orta ixtisas təhsili məktəblərinə qəbul yalnız bir yolla - Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə aparılır. Bundan kənarda ölkəmizdə və xaricdə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qeyri-qanunidir.

Bu cür “şəxslərin” yalan vədlərinin təsiri altına düşən gənclər və onların valideynləri bilməlidirlər ki, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə ali və orta ixtisas təhsili məktəblərinə qəbul olunmayan gənclərin saxta yolla xarici ölkələrdə aldıqları diplomun ölkəmizdə hüquqi qüvvəsi yoxdur. Bu diplomların sahibləri heç bir dövlət orqanında və təşkilatda işlə təmin oluna bilməyəcəklər. Qanunsuz yolla ali təhsil haqqında əldə edilmiş belə sənədin həqiqi adı isə - itirilmiş illər və vəsaitlərdir.

Ümummilli liderimiz Heydər Əliyevin “Ölkə üçün, xalq üçün gənclik hər şeydən qiymətlidir. Gəncin sağlam böyüməsi, yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, millətin, xalqın daimiliyidir, əbədiliyidir”, - fikirlərini diqqətə çatdıran Ali Məclisin Sədri deyib: Yaxşı təhsil almaq, peşə, sənət sahibi olmaq hər bir gəncin arzusudur. Ali təhsil almaq yalnız müxtəlif elm sahələri üzrə bilikləri mənimsəməkdən, yaxud da diplom sahibi olmaqdan ibarət deyil. Ali təhsil gənclərin ölkə və xalq üçün layiqli vətəndaş və mütəxəssis kimi yetişməsi yolunda mühüm mərhələdir. Hər bir gənc çalışıb ona nail olmalıdır ki, gələcəkdə təhsil aldığı sahələr üzrə ixtisaslı kadr kimi yetişsin. Bu işdə ali və orta ixtisas təhsili müəssisələrinin müəllim heyətinin də üzərinə mühüm vəzifələr düşür. Müəllimlər təhsil verməklə yanaşı, həm də vətənpərvər gənclər yetişdirməlidirlər. Tələbə gənclərdə Azərbaycan xalqının tarixinə, dilinə, adət-ənənələrinə və milli dəyərlərinə sahiblik hissi aşılanmalı, onlar gələcək həyata ailə, cəmiyyət və dövlət qarşısında öz məsuliyyətini dərk edən, müstəqil və yaradıcı düşünən vətəndaşlar kimi hazırlanmalıdırlar.

Qeyd olunub ki, təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol həmişəki kimi, bu gün də aktualdır. İnformasiya və biliyə əsaslanan cəmiyyətin, inkişaf edən iqtisadiyyatın tələblərinə cavab verən insan kapitalını yaratmaq üçün təhsil sisteminin səmərəli olmasına çalışmalıyıq. Təhsil isə o zaman səmərəli olur və nəticə verir ki, o, əməli fəaliyyətə çevrilsin. Universitetlərdə, orta ixtisas və peşə məktəblərində, hərbi liseydə təhsil alan gənclər gələcəkdə cəmiyyət həyatının müxtəlif sahələrində ixtisaslı kadrlar kimi çalışmalı, bilik və bacarıqlarını ölkəmizin inkişafına sərf etməlidirlər.

Ali Məclisin Sədri yeni təhsil ilində muxtar respublikanın tələbə gənclərinə və təhsil kollektivlərinə uğurlar arzulayıb, bir daha onları Bilik Günü münasibətilə təbrik edib.

Tədbirdə “Naxçıvan” Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru İsmayıl Əliyev çıxış edərək deyib ki, universitet üçün yaradılan müasir təhsil şəraiti muxtar respublikada bu sahəyə göstərilən qayğının nəticəsidir. 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 9 kafedra, 5 şöbə var. 2015-2016-cı tədris ilində universitetdə minə yaxın tələbə təhsil alacaq. İndiyədək universitetin 3245 məzunu olub. Bu tədris ilində universitetdə 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılacaq. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.

Rektor qeyd edib ki, ötən tədris ilində universitetdə 43 elmi-tədqiqat işi yerinə yetirilib, Tələbə Elmi Cəmiyyətinin xətti ilə 110 tələbə elmi axtarışlara cəlb edilib. Bu dövrdə universitet əməkdaşları tərəfindən 10 kitab, 132 elmi məqalə və 2 tezis hazırlanaraq nəşr edilib. “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilib. Dünyanın məşhur ali təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimillians Universiteti ilə, son dövrlərdə isə Türkiyənin 9, eləcə də Rumıniya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılıb, bununla da universitetin əməkdaşlıq etdiyi universitetlərin sayı 51-ə çatıb. İsmayıl Əliyev “Naxçıvan” Universiteti üçün yaradılan şəraitə görə professor-müəllim heyəti və tələbələr adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Universitetin Xarici dillər fakültəsinin xarici dil müəllimliyi ixtisası üzrə birinci kurs tələbəsi Fəridə Əhmədova deyib ki, muxtar respublikada təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gəncləri daha yaxşı oxumağa ruhlandırır. Bu gün muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində gənclərin elmli və dünyagörüşlü, intellektli və fiziki cəhətdən sağlam böyüməsi üçün hərtərəfli şərait yaradılıb. Buna görə də abituriyentlər ixtisas seçimi zamanı Naxçıvanda yerləşən ali və orta ixtisas təhsili müəssisələrinə üstünlük verirlər. “Naxçıvan” Universitetinin tələbəsi olmaq mənim ən böyük arzum idi. Bu məqsədlə “Naxçıvan” Universitetinin Xarici dil müəllimliyi ixtisasını seçdim və bu ixtisasa qəbul olundum. Düşünürəm ki, bu gün yeni şəhərciyinin açılışına toplaşdığımız “Naxçıvan” Universitetini seçməklə ən düzgün seçimimi etmişəm. Universitetin maddi-texniki bazasının dünyanın ən qabaqcıl universitetlərinin standartlarına uyğunluğu burada daha mükəmməl təhsil almağımıza şərait yaradacaq. Fəridə Əhmədova tələbələr adından söz verib ki, yaradılan şəraitdən səmərəli istifadə edərək Azərbaycan üçün layiqli vətəndaş və mütəxəssis kimi yetişəcəklər.

“Huawei Texnologies Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Liu Jiavel müasir dövrdə informasiya texnologiyalarının təhsildə geniş tətbiq olunduğunu bildirib, Naxçıvanda bu sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. “Naxçıvan” Universitetində Huawei İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyasının yaradılmasının qərara alındığını bildirən Liu Jiavel akademiyanın sertifikatını “Naxçıvan” Universitetinə təqdim edib.

Tədbirdə Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan və təhsildə fərqlənən 45 tələbəyə noutbuklar hədiyyə edib. “Huawei Texnologies Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru da bir qrup tələbəyə hədiyyələr təqdim edib.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, “Naxçıvan” Universitetində yaradılan tədris şəraiti ilə tanış olub.

Bildirilib ki, universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir. Üçmərtəbəli rektorluq binasında hər şöbə üçün ayrıca iş otaqları, arxiv və bufet yerləşir. Otaqların hər biri zəruri avadanlıqlarla təchiz edilib, elektron idarəetmə sistemi yaradılıb. Yeni sistem vasitəsilə bütün kafedra və bölmələrin işinə nəzarət etmək və elektron sənəd mübadiləsi aparmaq mümkündür.

Altımərtəbəli birinci tədris korpusunda universitetin idarəetmə, iqtisadiyyat və pedaqogika fakültələri fəaliyyət göstərəcək. Tədris korpusunda 34 auditoriya, hər birində 66 kompyuter olan 2 imtahan mərkəzi, proyektor və elektron lövhə quraşdırılan 11 mühazirə zalı, Heydər Əliyev Dövlətçilik Mərkəzi, coğrafiya, Azərbaycan tarixi, turizm-informasiya kabinələri, informatika, informasiya sistemləri, texnologiya, server, nəşriyyat və digər otaqlar var. Binada elektron təhsilin tətbiqi üçün müasir infrastruktur yaradılıb. İmtahan mərkəzlərinin müasir texnoloji sistemi eyni vaxtda bir neçə ixtisas üzrə imtahanların çevik və şəffaf formada aparılmasına, imtahanların gedişini internet üzərindən izləməyə, eləcə də onların video arxivini yaratmağa imkan verəcək. Kompyuter otaqlarının hər birində 14 kompyuter dəsti və elektron lövhələr quraşdırılıb, sürətli internetə çıxış təmin edilib. Universitet mətbəəsi də ən müasir çap avadanlıqları ilə təchiz olunub.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənc nəslə öyrədilməsi vacib məsələdir. Universitetdə fəaliyyət göstərən Heydər Əliyev Dövlətçilik Mərkəzi bu baxımdan mühüm rol oynayır. Mərkəzdə Ümummilli Liderimizin həyatı və çoxşaxəli fəaliyyəti, zəngin dövlətçilik irsi, müəllifi olduğu inkişaf strategiyası tələbə-gənclərə öyrədiləcək. Dahi şəxsiyyətə həsr olunmuş kitabların, filmlərin və digər materialların qoyulduğu mərkəzdə Heydər Əliyev lektoriyaları, Ulu Öndərə həsr olunmuş konfrans və seminarlar keçiriləcək.

Baxış zamanı Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun universitetin Heydər Əliyev Dövlətçilik Mərkəzi ilə əlaqələrinin gücləndirilməsi, tələbələrin iştirakı ilə müxtəlif layihələrin həyata keçirilməsi, Ulu Öndərin dövlətçilik fəaliyyətinin gənc nəslə hərtərəfli öyrədilməsi ilə bağlı tapşırıqlar verib.

Turizm-informasiya kabinəsində Naxçıvanın turizm imkanları araşdırılacaq, turizm obyektləri haqqında məlumatlar veriləcək. Yaradılan şərait tələbələrin muxtar respublikanın turizm obyektləri, zəngin təbiəti ilə yaxından tanış olmasına, onlar haqqında bukletlər, müxtəlif tanıdıcı materiallar hazırlamalarına, Naxçıvanda turizmin nəzəri və təcrübi əsaslarla öyrənilməsinə imkan yaradacaq.

Azərbaycan tarixi kabinəsində muxtar respublika ərazisində aşkarlanmış ən qədim və orta əsrlərə aid maddi mədəniyyət nümunələri və ədəbiyyatlar qoyulub. Coğrafiya kabinəsində isə muxtar respublikanın təbiəti, torpaq ehtiyatları haqqında materiallar, mineralların tərkibini müəyyən edən elektron mikroskop və müxtəlif süxur nümunələri toplanıb.

Ali Məclisin Sədrinə məlumat verilib ki, universitetdə biliklərin təcrübə əsasında möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bank işi, biznes mərkəzi və otelçilik kabinələri müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrə praktik iş vərdişlərinin öyrədilməsinə imkan verir. Əl işləri qalereyasında universitetin müəllim və tələbələrinin rəsm əsərləri, müxtəlif əl işləri nümayiş etdirilir. Universitetin Kompyuter Səviyyə Ölçmə Mərkəzində isə tələbələr üçün kompyuter kursları təşkil olunacaq və kursu uğurla bitirən tələbələrə sertifikatlar veriləcək. Bu sertifikatlar dünyanın 150 ölkəsində tanınır.

Binada 12 terabayt həcmində mərkəzi server quraşdırılıb, universitet şəhərciyindəki bütün binalara fiber optik kabel xətti çəkilib. Mərkəzi server təhlükəsizlik proqramları ilə təchiz olunub. Huawei İnformasiya Kommunikasiya Texnologiyaları kabinəsində isə tələbələrə şirkətin istehsal etdiyi məhsulların istifadə qaydaları və ən son texnoloji yeniliklər öyrədiləcək. Həyata keçirilən bu layihə çərçivəsində tələbələrin Huawei şirkətində bir ay müddətində təcrübə keçmələri də nəzərdə tutulub. Bu da informasiya texnologiyaları üzrə mütəxəssislərin hazırlanmasına imkan verəcək.

Muxtar respublikada gənclərin xarici dil biliklərinin inkişafına xüsusi diqqət yetirilir. Universitetin xarici dillər korpusunda müxtəlif dünya dillərinin, xüsusilə ingilis, alman və ərəb dilinin nəzəri və praktik formada öyrədilməsi üçün müasir şərait yaradılıb. Burada multimedia sistemləri və 40 ədəd kompyuterlə təchiz olunan 2 linqafon otağı, 20 kompyuter quraşdırılan tərcümə mərkəzi, 2 mühazirə zalı, 24 auditoriya, 48 kompyuteri olan imtahan mərkəzi və 2 kompyuter otağı istifadəyə verilib.

Dörd mərtəbədən ibarət olan universitet kitabxanasında 15 minə yaxın elmi və bədii ədəbiyyat var. Binada kitabxanaçılıq işi müasir tələblər əsasında qurulub, elektron dərslik və ədəbiyyatlar verilib. Kitabxanada 6 bölmə, dissertasiya və avtoreferatlar zalı fəaliyyət göstərir. Hər bölmənin ayrıca fondu, oxu və informasiya zallarının olması uyğun materialların qısa zamanda oxucuya çatdırılmasına imkan verəcək. Həmçinin oxucular informasiya zallarındakı kompyuterlər vasitəsilə elektron kitabxanalardan və digər internet resurslarından istifadə edə biləcəklər. Binada şahmat zalı və gənclər mərkəzi də fəaliyyət göstərəcək.

Ali Məclisin Sədri tələbələrin kitabxanaya cəlb olunmasının, kitabxana günlərinin və kitab müzakirələrinin keçirilməsinin vacibliyini vurğulayıb, kitabxana fondunun elmi və bədii ədəbiyyatlarla zənginləşdirilməsini tapşırıb.

Konfrans və idman zalları üçün nəzərdə tutulan ikimərtəbəli bina müasir quruluşa malikdir. 240 yerlik konfrans zalında müasir audio-video və sinxron tərcümə sistemləri quraşdırılıb, proyektorlu elektron lövhə qoyulub. Bu da distant dərslərin təşkilinə imkan verəcək. Geniş idman zalında isə voleybol, basketbol, badminton, futbol və digər idman növləri üzrə yarışların keçirilməsi mümkündür.

Universitetdə tələbələrin sosial-məişət şəraiti də yaxşılaşdırılıb, onların asudə vaxtlarının səmərəli təşkili üçün müvafiq tədbirlər görülüb. Yeni istifadəyə verilən 302 yerlik yataqxana binasında otaqlar zəruri mebel avadanlıqları ilə təchiz olunub. İki girişi olan altımərtəbəli binada tələbələr üçün ən müasir yaşayış şəraiti yaradılıb, otaqların hər biri internetlə təmin olunub, məişət otağı, camaşırxana, mətbəx və istirahət otaqları istifadəyə verilib. Üçmərtəbəli sosial xidmət mərkəzində ərzaq və geyim mağazaları, poçt, qadın gözəllik salonu, bərbərxana, kafe və yeməkxana tələbə və müəllimlərin istifadəsinə verilib.

Universitet şəhərciyində videonəzarət sistemi qurulub, ətrafda geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, mini-futbol meydançası yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb

Renat Dadaşov Litva ilə matçda da oynamayacaq

Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib  YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır