Naxçıvanda 31 mart soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Naxçıvan, 2 aprel (AZƏRTAC). Naxçıvan şəhərindəki Xatirə Kompleksində soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül qoymuş, onların xatirəsini ehtiramla yad etmişdir.
Nazirlik, komitə, baş idarə, elmi müəssisə və yaradıcılıq təşkilatlarının rəhbərləri, hərbi hissələrin komandirləri və Naxçıvan şəhər ictimaiyyətinin nümayəndələri də erməni vəhşiliklərinin qurbanı olmuş yüzlərlə günahsız soydaşımızın xatirəsini yad etmişlər.
Naxçıvan şəhərində soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməcilik keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri şəhərətrafı dairəvi avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak etmişlər.
İməcilik keçirilən 5 hektarlıq ərazidə yeni bağ salınmış, 3500 ədəd meyvə tingi əkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir.
Muxtar respublikanın rayon və kəndlərində də 1918-ci ilin 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş iməciliklər keçirilmiş, yeni meyvə bağları salınmış, ağaclar əkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]