Naxçıvanda Əməyin Mühafizəsi Mərkəzinin filialı yaradılıb
Bakı, 20 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikasında filialı fəaliyyətə başlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, filial muxtar respublikada işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər, onlara metodiki dəstək göstərəcək, bu sahələrdə təlimlər keçirəcək. Habelə Mərkəzin Nizamnaməsinə uyğun fəaliyyət istiqamətlərində işlər aparacaq.
Naxçıvanda yaradılan bölmə Mərkəzin ilk regional filialıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]