Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda iqtisadiyyatın çoxşaxəli inkişafı təmin edilib, sosial infrastruktur daha da gücləndirilib

Naxçıvan, 21 avqust, AZƏRTAC

Muxtar respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra edilir

Muxtar respublikada irimiqyaslı infrastruktur layihələrinin icrası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, bütün sahələrdə maddi-texniki bazanın gücləndirilməsi və insanların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilməkdədir. Bu işdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın mühüm rolu var. 

Naxçıvanda iqtisadiyyatın əsasını təşkil edən sahələr içərisində kənd təsərrüfatı öz payına görə əhəmiyyətli çəkiyə malikdir. Dövlət proqramında aqrar sahənin inkişafı ilə bağlı müəyyən edilmiş tapşırıqların mühüm əhəmiyyəti var. Bu istiqamətdə işlər ikinci rübdə də davam etdirilib. Keçirilən iməciliklərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iştirak edib, mövsümə uyğun meyvə bağlarının salınması və yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar verib. Muxtar respublikada aprel-iyun aylarında 6,2 hektarı üzüm bağı olmaqla, ümumilikdə, 43,6 hektar yeni meyvə bağları salınıb, 40,6 hektar sahədə meyvə tingləri ilə bərpa işləri aparılıb, 40 min 132 müxtəlif növ meyvə tingləri, 8 min 845 üzüm kolu əkin dövriyyəsinə daxil edilib.

Güzəştli şərtlərlə 100 avadanlığın satışı təşkil olunub

Aqrar sahədə məhsuldarlığa təsir göstərən mühüm amillərdən biri də torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasıdır. Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda işğaldan azad edilmiş ərazilərdə olub, görülən işlərlə maraqlanıb. Mayın 21-də Ali Məclisin Sədri yeni alınmış kənd təsərrüfatı texnikalarına baxıb və onlardan səmərəli istifadə ilə bağlı tapşırıqlar verib. Ümumilikdə, ikinci rübdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində 81 müxtəlif texnika və texnoloji avadanlıq alınaraq ehtiyat yaradılıb, 100 avadanlığın güzəştli şərtlərlə satışı təşkil olunub. Suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Şahbuz rayonunda qapalı suvarma şəbəkəsinin tikintisi üçün 270 hektar torpaq sahəsinin topoqrafik planı hazırlanıb. Həmçinin Gilançaydan qidalanması nəzərdə tutulan suvarma xəttinin əhatə etdiyi 1190 hektar torpaq sahəsində topoqrafik planaalma işləri aparılıb. Aqrar sahədə sığortanın tətbiqi ilə bağlı tədbirlər də diqqətdə saxlanılıb, 114 baş iribuynuzlu, 260 baş xırdabuynuzlu heyvan və 30 arı ailəsi sığortalanıb.

İkinci rübdə muxtar respublikada 168,7 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb. Eyni zamanda Şərur rayonunun Cəlilkəndində 1, Sədərək rayonunun Heydərabad qəsəbəsində 3 subartezian quyusu qazılaraq istifadəyə verilib.

Bu ilin ikinci rübündə dövlət maliyyə dəstəyi hesabına 1 quşçuluq, 11 heyvandarlıq təsərrüfatı yaradılıb

Naxçıvan Muxtar Respublikasında aqrar sektorun bütün sahələrində olduğu kimi, heyvandarlıq və quşçuluq təsərrüfatlarının da inkişafına dövlət dəstəyi göstərilir. Bu da həmin təsərrüfatların sayının hər mövsüm daha da artmasına gətirib çıxarır. İkinci rübdə dövlət maliyyə dəstəyi hesabına 1 quşçuluq, 11 heyvandarlıq təsərrüfatının yaradılması, 9 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Həmçinin 2 quşçuluq, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının yenidən qurulması isə davam etdirilib.

Aprel-iyun aylarında torpaqların kadastr uçotu informasiya sisteminin fəaliyyətini təmin edəcək proqram təminatının sınaq rejimində istismarı davam etdirilib, qarşıya çıxan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanıb. Şahbuz rayonunun Şahbuz, Mahmudoba, Sələsüz və Türkeş bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülüb, Şərur rayonunun bələdiyyələri üzrə məlumatların daxil edilməsi başa çatdırılıb.

İnkişaf və quruculuq siyasətinin uğurlu nəticələri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə aprelin 9-da Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks, mayın 22-də isə Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib. Ali Məclisin Sədri mayın 18-də Muğancıq-Mehrab kəndində tam orta məktəbin, Məmmədsabir kəndində həkim ambulatoriyasının, hər iki kənddə xidmət və kənd mərkəzlərinin, Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolunun açılışı ilə bağlı tədbirlərdə iştirak edib. Mədəniyyət obyektlərində də təmir-yenidənqurma işləri davam etdirilib. Ali Məclisin Sədri aprelin 15-də Yusif Küseyir oğlu türbəsində, mayın 5-də Naxçıvan şəhər buzxanasında, mayın 27-də isə Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şərq hamamında başa çatdırılan bərpa işləri ilə maraqlanıb.

İkinci rübdə proqramın icrasına uyğun olaraq təhsil və mədəniyyət obyektlərində təmir-yenidənqurma işləri davam etdirilib, Naxçıvan Dövlət Universitetinin Kitabxanasında, Memarlıq və mühəndislik, Konservatoriya, Beynəlxalq münasibətlər və hüquq fakültələrinin binalarında, Magistratura Mərkəzində, Şərur rayonunda Texniki Peşə və Sürücülük Məktəbinin, Fizika-Riyaziyyat Təmayüllü Liseyin binalarında, Naxçıvan Şəhər Bayraq Meydanında, Pirqəmiş məscidində, Babək Rayon Mədəniyyət Sarayında, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində, Əlincə qalasında təmir, Naxçıvan Beynəlxalq Hava Limanına gedən yoldakı “Naxçıvan” abidəsində tərtibat işləri başa çatdırılıb.

Mədəniyyət obyektlərinin bərpa olunması ilə yanaşı, ənənəvi xalq yaradıcılığı sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılıb, Naxçıvan Dövlət Xalça Muzeyində milli naxışlı xalça toxunub, “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə 809 manat dəyərində 95 əl işi satılıb.

Enerji təhlükəsizliyinin gücləndirilməsi ön plandadır

Dövlət proqramında nəzərdə tutulan və icrası həyata keçirilən tədbirlər muxtar respublikada enerji təchizatı sahəsində müsbət dinamikanın əldə olunmasına gətirib çıxarıb. Bu tədbirlərin həyata keçirilməsi ikinci rübdə də diqqət mərkəzində olub. Ali Məclisin Sədri iyunun 10-da Ordubad rayonunun Tivi kəndində tikiləcək yeni su elektrik stansiyasının layihəsinə baxıb, stansiyanın bünövrəsinə beton qarışığı töküb, tikinti işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib. Aprel-iyun aylarında Kəngərli rayonunun Qabıllı kəndində 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilib, ikinci rübdən sonra istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə keçirilən açılış mərasimində, eyni zamanda Dövlət Energetika Xidmətinə yeni avtomobil və texnikalar da təqdim olunub.

Nəqliyyatın inkişafı diqqət mərkəzində saxlanılır

Naxçıvanda yeni salınan avtomobil yollarının, insanların rahatlığına xidmət edən ictimai nəqliyyat vasitələrinin sayının çoxalması bu sahədə beynəlxalq standartlara cavab verən maddi-texniki bazanın formalaşmasına səbəb olub. Dövlət proqramında bu istiqamətdə müəyyən edilmiş və əhalinin rahat hərəkətinin təmin edilməsinə yönələn tədbirlər mühüm əhəmiyyətə malikdir. İkinci rübdə şəhərdaxili nəqliyyatda işləyən avtobusların daha müasir və beynəlxalq standartlara cavab verən nəqliyyat vasitələri ilə əvəz olunması işi davam etdirilib. Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə 6 “King-Long XMQ 6770 G” markalı avtobus alınaraq marşruta buraxılıb. Bu münasibətlə iyunun 22-də keçirilən tədbirdə avtobuslara baxış olub, Ali Məclisin Sədri xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.

Nəqliyyatın inkişafı cəmiyyətin inkişafı ilə əlaqəli olub, istehsal sahələrinin artımında və məhsuldar qüvvələrin formalaşmasında təsiredici amillərdən biri kimi daim təkmilləşib və formalaşıb. Aprel-iyun aylarında muxtar respublikada hava və dəmir yolu nəqliyyatında əhaliyə göstərilən xidmətin günün tələbləri səviyyəsində qurulması ilə bağlı işlər görülüb, Naxçıvan Beynəlxalq Hava Limanının çəpərboyu sektorlarında hasarların hündürlüyü artırılıb, yeni asfalt örtüyü salınıb. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Culfa Lokomotiv Deposunda lokomotivlər 7 dəfə texniki baxışdan keçirilib, Culfa İstismar Vaqon Deposunda 11 vaqon təmir edilib. 123 yararsız ağac şpal yarımyararlı şpallarla, 5 yararsız ağac şpal isə yarımyararlı dəmir beton şpallarla əvəz olunub. Stansiyalarda 50 mis relsbirləşdiricisi, 1910 rezin altlıq dəyişdirilib, 4 izolyasiya calaqları və yararsız vəziyyətdə olan 25 izolyator yenisi ilə əvəz olunub.

Yeni yollar iqtisadiyyatın inkişafına, insanların isə rahatlığına xidmət edir

Yeni yollar iqtisadiyyatın inkişafına, insanların isə rahatlığına xidmət edir. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramında da qeyd olunduğu kimi: “Muxtar respublikada qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Bundan sonra da muxtar respublikada yol tikintisinə geniş yer verilməli, keyfiyyət amilinə xüsusi diqqət yetirilməli, sərnişindaşıma işinə və nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət olunmalıdır. Eyni zamanda yeni texnologiyaların tətbiqi sahəsində fəaliyyət təkmilləşdirilməli, göstərilən xidmətlərin keyfiyyəti yüksəldilməlidir”.

Bu ilin aprel-iyun aylarında Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kəndləri üzrə avtomobil yolunun tikintisi, Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması davam etdirilib, Şərur Rayon Elektrik Şəbəkəsinin Çomaxtur yarımstansiyası binasının və Culfa Rayon Rabitə Evinin ətrafında asfalt-beton işləri, Ərəfsə kəndində XVI-XVII əsrlərə aid körpünün bərpası, Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzində, Şərur rayonunun Muğancıq-Mehrab kəndində, Kəngərli rayonunun Şahtaxtı kəndinin Şərq hamamı hissəsində və Culfa şəhərində yolların yenidən qurulması başa çatdırılıb. Ali Məclisin Sədri mayın 15-də Culfa şəhərində Heydər Əliyev prospektinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə görülən işlərlə tanış olub. Həmin gün, eyni zamanda Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi də istifadəyə verilib.

İnformasiya və rabitə sahəsi inkişaf etdirilir

Muxtar respublikanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsinin inkişafı daim diqqətdə saxlanılır. İkinci rübdə Dövlət proqramında rabitə xidmətlərinin yaxşılaşdırılmasını nəzərdə tutan digər tədbirlər də həyata keçirilib, muxtar respublika ərazisində 6 min 250 metr fiber-optik kabel xəttinin tikintisi başa çatdırılıb. “Evədək optika” layihəsi çərçivəsində 8 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində 268 dinləyicinin kurslarda iştirakı təmin edilib.

Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsin yeni inzibati binasının, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin tikintisi davam etdirilib, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin nəzdində “Milli yeməklər” İctimai İaşə Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Əhalinin su təminatı yaxşılaşdırılır

Əhalinin su təminatının yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Naxçıvanda istehlakçıların fasiləsiz və keyfiyyətli su təchizatı ilə təmin edilməsi, kanalizasiya sisteminin yaxşılaşdırılması kommunal xidmətlərin inkişafı ilə bağlı yeni imkanlar yaratmaqdadır. İkinci rübdə Dövlət proqramında bu məqsədlə müəyyən edilmiş tədbirlər davam etdirilib, Ali Məclisin Sədri aprelin 23-də Sədərək, mayın 27-də isə Kəngərli rayonlarında yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihələrinə baxıb və müvafiq tapşırıqlar verib. Aprel-iyun aylarında Babək, Sədərək və Kəngərli rayonlarında müxtəlif diametrli borularla 58,06 kilometr içməli su xətti və 28,26 kilometr kanalizasiya xətti çəkilib.

Sosial qayğıya ehtiyacı olan ailələr dövlət tərəfindən hərtərəfli himayə olunur

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələr dövlət tərəfindən hərtərəfli himayə olunur. Proqramda əlil və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi mənzillərin tikintisi ilə bağlı tapşırıq müəyyən olunub. İyunun 15-də - Milli Qurtuluş Günündə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş 1 nəfər mənzillə təmin olunub, sosial qayğıya ehtiyacı olan 5 nəfərə isə “NAZ Lifan-330” markalı minik avtomobilləri verilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Azərbaycanda sabitlik, inkişaf və tərəqqi vardır. Bunlar da ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmiz inkişaf edir, qayğıya ehtiyacı olan insanlara diqqət göstərilir, əməyi ilə fərqlənənlərə dövlət mükafatları verilir. İnsanlarımız rahat yaşayır, yeni iş yerləri açılır, əhalinin rifahı yaxşılaşdırılır. Bunların hamısı ölkəmizin inkişafına, gələcəyinə xidmət edən işlərdir”.

Kiçik və orta sahibkarlığa göstərilən dövlət qayğısı həyata keçirilən uğurlu iqtisadi siyasətin tərkib hissəsidir

Naxçıvanda kiçik və orta sahibkarlığa göstərilən dövlət qayğısı həyata keçirilən uğurlu iqtisadi siyasətin tərkib hissəsini təşkil edir. Dövlət proqramında da bu sahədə güzəştli kreditlərin verilməsi, ixrac fəaliyyətinin genişləndirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulub. İkinci rübdə sahibkarlıq subyektlərinin ixrac fəaliyyətinin genişləndirilməsi məqsədilə 7 ixrac əməliyyatı üzrə 13 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilib, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23 hаldа mənşə sertifikatı verilib. Kiçik və orta sahibkarlıq subyektləri üçün Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 21 layihənin maliyyələşdirilməsinə 3 milyon 390 min manat həcmində güzəştli şərtlərlə, banklar tərəfindən isə 1 milyon 845 min 450 manat həcmində kredit verilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kəndlərdə kiçikhəcmli emal müəssisələrinin yaradılması üçün 2 layihəyə 13 min manat, arıçılıq, damazlıq təsərrüfatlarının yaradılması üçün 7 layihənin maliyyələşdirilməsinə 106 min 100 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

Dövlət proqramının icrası muxtar respublikada iqtisadiyyatın çoxşaxəli inkişafını və sosial infrastrukturun daha da gücləndirilməsini təmin edəcəkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb