CƏMİYYƏT
Nazir müavini: Kiçik ada dövlətləri təzyiqlər altında yox ola bilər
Bakı, 1 oktyabr, AZƏRTAC
Kiçik ada dövlətləri təzyiqlər altında yox ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılması” mövzulu dəyirmi masada COP29-un Baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov deyib.
Kompensasiya almaq üçün dünya ictimaiyyətinə müraciət edən ölkələrin olduğunu bildirən nazir müavini vurğulayıb: “Ada ölkələri keçid üçün kompensasiya tələb edirlər. Ədalətli keçid deyəndə, müxtəlif bacarıqları, ümumi diferensial cavab tədbirlərini nəzərdə tuturuq. Məqsəd daha dayanıqlı enerjinin gələcəyi üçün cığır açaraq inkişaf etmiş və inkişaf edən ölkələr arasında qlobal əməkdaşlığı genişləndirən strategiyaların hazırlanmasıdır.
Keçid prosesində kənarda qalanlar isə həssas qruplardır. “Yaşıl dünya naminə ədalətli keçid” şüarına əsasən həmin həssas qruplar da nəzərə alınmalıdır”.