Nazir müavini: Son illərdə Azərbaycanda daşqınların sayı xeyli artıb
Bakı, 30 sentyabr, AZƏRTAC
İqlim dəyişikliyi ilə mübarizədə ölkələr və icmalar birgə adaptasiya tədbirləri həyata keçirməlidirlər. Həmin tədbirlər müxtəlif formalarda tətbiq edilə bilər. Bu, təkcə hökumətin, aidiyyəti qurumların deyil, vətəndaşların və özəl sektorun da məsuliyyətidir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "İqlim imperativi: yerli fəaliyyətdən qlobal fəaliyyətə" sessiyasında çıxışı zamanı deyib.
Ötən il Azərbaycanda temperatur anomaliyasının 1.9 dərəcə olduğunu bildirən nazir müavini deyib: "Ölkəmizdə son illərdə daşqınların sayının xeyli artdığını xüsusi qeyd etmək lazımdır. Ötən il 147, bu ilin ötən dövründə isə 100-dən çox belə hadisə qeydə alınıb".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]