CƏMİYYƏT
Nə qədər ki, Azərbaycan dövləti, xalqı var, Ümummilli Liderin ideyaları həmişə yaşayacaq

Bakı, 10 may, Ramiz Quliyev, AZƏRTAC
Nə qədər ki, Azərbaycan dövləti, xalqı var, Ümummilli Liderin ideyaları həmişə yaşayacaq.
Bu sözləri AZƏRTAC–a müsahibəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 10-da Fəxri xiyabanı ziyarətə gələn 36 saylı Xətai dördüncü Dairə Seçki Komissiyasının sədri Tofiq Xəlilov deyib.
Onun sözlərinə görə, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikada çox böyük dəyişikliklər baş verdi. O, böyük dövlət xadimi, siyasətçi olmaqla Azərbaycanın tərəqqisi və inkişafı üçün ölçüyəgəlməz işlər gördü: “Nə qədər ki, Azərbaycan dövləti, xalqı var, Ulu Öndərin ideyaları həmişə yaşayacaq. Biz onun ideyaları ilə daim bəhrələnmişik. İndi də dahi rəhbərin layiqli davamçısı, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir, xalqımız da dövlət başçısının siyasətini dəstəkləyir”.
T.Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın daha da çiçəklənəcəyinə və işğal altında olan torpaqlarımızın tezliklə qaytarılacağına əminliyini ifadə edib.