“Neft Daşları” NQÇİ ötən il 1 milyon ton neft çıxarıb
Bakı, 22 yanvar, AZƏRTAC
“Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) üzrə 2017-ci ildə 1 milyon ton neft hasil olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, SOCAR-ın mütəxəssisləri köhnə yataqlarda sadalanan üsulları tətbiq etməklə, ayrı-ayrı yataqlar üzrə hətta hasilat artımına da nail olublar. Belə ki, ötən il “Azneft” İstehsalat Birliyi (İB) üzrə “Abşeronneft” NQÇİ və “Bibiheybətneft” NQÇİ neft hasilatını əvvəlki ilə nisbətən müvafiq surətdə 8,7 faiz və 1,9 faiz artırıb. Neft hasilatının stabil saxlanmasında xüsusi çəkisi olan “Neft Daşları” NQÇİ-də 2017-ci ildə 1 milyon ton neft hasil olunub ki, bu da son onilliklər üçün rekord göstəricidir.
“Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov yataqlarda hasilatın artımına təsir edən amilləri belə izah edib: “Yalnız “Abşeronneft” NQÇİ-yə aid olan yataqları götürsək, orada son illərdə ümumi hasilat 2,5 dəfədən çox artıb. Üstəlik bu uğurları aşağı maddi məsrəflərlə əldə edə bilmişik. Belə ki, bu gün “Azneft” İB üzrə hasilatın maya dəyəri dünyada ən aşağı sıralardadır, yəni əməliyyatlarımızın səmərəliliyi olduqca yüksəkdir. Şübhəsiz ki, bu da Azərbaycan neftçilərinin məharətinin və əzmkarlığının bəhrəsidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB
- 24.08.2026 [23:30]
İsmayıllıda avtomobil aşıb, sürücü ölüb
- 24.08.2026 [22:45]
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzəpir məscidində olacaq
- 24.08.2026 [21:35]
Böyük Britaniyanın Baş naziri Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb
- 24.08.2026 [21:31]
Dünya okeanlarında temperatur rekord həddə çatıb
- 24.08.2026 [21:09]
ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir
- 24.08.2026 [21:00]
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub VİDEO
- 24.08.2026 [20:37]
Türkiyədə ənənəvi VIII Türkologiya Yay Məktəbi fəaliyyətə başlayıb
- 24.08.2026 [20:34]
Kəlbəcər şəhərinin ilk məzunu tələbə adını qazanıb
- 24.08.2026 [20:23]