Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
Brüssel, 25 avqust, AZƏRTAC
Belçikanın Mehelen şəhəri və ətrafında heyvanlar, o cümlədən atlar və ağcaqanadlar arasında Qərbi Nil virusu aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyi şənbə günü xəbərdarlıq yayaraq həkimləri mümkün insan yoluxmalarını nəzərə almağa çağırıb. Belçika Qızıl Xaçı isə Vilvorde ətrafından qan verən donorları infeksiyaya görə test etməyə başlayacağını açıqlayıb. Gent Universitetinin professoru Hans Nauvinck bildirib ki, virus əsasən quşlar arasında dövr edir, lakin insanlara və atlara da keçə bilir. Mütəxəssis qan köçürülməsi zamanı yoluxma riskinin artdığını vurğulayıb və donorların yoxlanılmasını məqsədəuyğun sayıb. İnsanlarda infeksiyaların əksəriyyəti yüngül keçir və yalnız təxminən dörd yoluxandan biri baş-əzələ ağrısı və qızdırma kimi simptomlar yaşayır. Çox nadir hallarda xəstəlik meningitə səbəb ola və ölümlə nəticələnə bilər. Federal hökumət ağcaqanad sancmalarından qorunmağa çağırır. Alimlər yayılmanı iqlim dəyişiklikləri ilə əlaqələndirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]