Böyük Britaniya Ukraynada gedən döyüşlərlə bağlı məlumatlara çıxış əldə edəcək
Bakı, 25 avqust, AZƏRTAC
Böyük Britaniya süni intellekt təlimləri ilə əlaqədar Ukraynanın döyüş meydanına dair məlumat platformasına çıxış əldə edəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, avqustun 24-də Böyük Britaniyanın Baş naziri Endi Börnemin Kiyevə səfəri zamanı imzalanan müqavilə Ukraynanın süni intellekt laboratoriyası olan "Avengers AI Labs"ın məlumat bazasına giriş imkanı verəcək.
Müdafiə Nazirliyi izah edib ki, platformada süni intellekt modellərinin hazırlanması üçün istifadə olunan real döyüş şəraitindən əldə edilən məlumatlar var. Məlumatlar Ukraynadakı döyüş zonasında quraşdırılmış müşahidə kameraları və infraqırmızı sensorlar vasitəsilə toplanır.
Qeyd olunub ki, rəsmi London bu məlumatlardan əsasən hər iki ölkənin müdafiəsini və milli təhlükəsizliyini təmin etmək üçün istifadə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]