“Qarabağ” – “Tvente”: Stadionun kassalarında bilet satışı oyuna 1 saat qalmış dayandırılacaq
Bakı, 25 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və “Tvente” (Niderland) klubları arasında keçiriləcək cavab oyununun başlamasına 1 saat qalmış stadionun kassalarında bilet satışı dayandırılacaq.
Ağdam təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qərar oyunöncəsi hazırlıq və təşkilati işlərin tam şəkildə həyata keçirilməsi, eləcə də azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması məqsədilə qəbul edilib.
Klub azarkeşlərdən biletlərini əvvəlcədən əldə etmələrini xahiş edib.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]