Kanada yeni buzqıran gəmilər inşa edəcək
Bakı, 25 avqust, AZƏRTAC
Kanada 2038-ci ilədək ümumi dəyəri 11 milyard dollar olan 6 yeni buzqıran gəmi tikməyi planlaşdırır.
AZƏRTAC xarici mediaya istinasla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karninin veb saytında dərc edilmiş bəyanatda bildirilib.
Vurğulanıb ki, gəmilər Kanada hökumətinin "Chantier Davie Canada Inc" ilə tərəfdaşlığı çərçivəsində hazırlanacaq. Buzqıran gəmilər Kanadada bu ölkənin istehsalı olan poladdan və digər materiallardan istifadə edilərək inşa olunacaq.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) ticarət nümayəndəsi Ceymison Qrin bir müddət əvvəl Kanadanın əlverişli ikitərəfli ticarət razılaşmasından imtina etdiyini açıqlayıb. Nəticədə, avqustun 22-də Kanada mallarının müəyyən kateqoriyalarına ABŞ-nin 50 faizlik idxal tarifləri qüvvəyə minib. Öz növbəsində Mark Karni ABŞ ilə ticarət danışıqlarını dayandırmaq qərarını təsdiqləyib. Həmçinin bu ölkənin ABŞ-yə qarşı cavab tariflərini tətbiq edəcəyi gözlənilir. ABŞ Prezidenti Donald Tramp isə gələn il yanvarın 1-dən Kanada avtomobillərinə, avtomobil ehtiyat hissələrinə və poladına 50 faiz tarif tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]