Qırğızıstanda Köçəri Oyunları ilə əlaqədar gümüş sikkə buraxılıb
Bakı, 25 avqust, AZƏRTAC
Qırğızıstan Milli Bankı avqustun 25-dən etibarən “Tayqan yarış” adlı gümüş kolleksiya sikkəsini dövriyyəyə buraxır və bu, VI Ümumdünya Köçəri Oyunlarına həsr olunub.
AZƏRTAC xəbər verir ki, sikkənin ön tərəfində qaçışda iştirak edən Qırğızıstanın milli it cinsi olan 3 tayqanın təsviri yerləşdirilib. Onların arxa fonunda stilizə edilmiş qırğız dağları təsvir olunub. Həmin tərəfdə, həmçinin Köçəri Oyunlarının emblemi, milli ornament, sikkənin nominal dəyəri, əyarı və çəkisi göstərilib.
Sikkənin arxa tərəfində Qırğızıstanın gerbi, tayqanın başının təsviri, “Dünya Köçəri Oyunları” / “World Nomad Games” yazısı və buraxılış ili yerləşdirilib.
Nominal dəyəri 10 som (11 dollar) təşkil edir, lakin 8 min 900 soma satılacaq. Sikkə 925 əyarlı gümüşdən hazırlanıb və çəkisi 28,28 qramdır. Tirajı 1 000 nüsxədir.
Hər bir sikkə akril kapsula və ayrıca futlyara yerləşdirilib. Həmçinin keyfiyyət sertifikatı da əlavə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]