Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzərin səviyyəsinin azalması sahil infrastrukturu və ekosistem üçün ciddi çağırışlar yaradır VİDEO

Xəzərin səviyyəsinin azalması sahil infrastrukturu və ekosistem üçün ciddi çağırışlar yaradır VİDEO

Bakı, 25 avqust, AZƏRTAC

Xəzər dənizinin səviyyəsində son illər müşahidə olunan davamlı azalma sahil zonalarına, infrastruktur obyektlərinə, gəmiçiliyə və ekosistemlərə ciddi təsir göstərir.

Bunu AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.

Alim qeyd edib ki, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərin dünya okeanı ilə birbaşa əlaqəsinin olmaması onun səviyyəsinin müxtəlif təbii və antropogen amillərin təsiri ilə dəyişməsinə səbəb olur: “Tarix boyu dənizin səviyyəsində həm kəskin enmələr, həm də yüksəlmələr müşahidə edilib. 2006-cı ildən etibarən isə Xəzərin səviyyəsi ardıcıl olaraq aşağı düşür və 2005-ci illə müqayisədə azalma artıq 2,5 metrdən çoxdur. Müxtəlif geoloji dövrlərdə Xəzərin səviyyəsinin dəyişməsində əsasən tektonik proseslər rol oynayıb. Son minilliklərdə isə iqlim və hidroloji amillərin təsiri daha böyükdür. Hazırda Xəzərin səviyyəsinin dəyişməsi onun su balansı ilə müəyyən olunur. Gəlir hissəsini çayların gətirdiyi su və səthə düşən yağıntılar, çıxar hissəsini isə səthdən buxarlanma və Qaraboğazgöl körfəzinə gedən su təşkil edir”.

S.Səfərovun sözlərinə görə, son bir neçə minillikdə Xəzərin səviyyə dəyişmələrində çay axınının xüsusi əhəmiyyəti var və burada Volqa çayının payı xüsusilə böyükdür: “Volqa hövzəsində ötən əsrin 50-ci illərindən başlayaraq çoxsaylı iri su anbarları yaradılıb və onların ümumi səthi 36 min kvadrat kilometrdən çoxdur. “1980-ci illərdən başlayaraq temperaturun artması ilə əlaqədar su anbarlarının səthindən buxarlanma kəskin artıb. Eyni zamanda, temperaturun yüksəlməsi suya olan tələbatı da artırıb. Sənaye, kənd təsərrüfatı və məişətdə suya tələbatın artması nəticəsində çay axımının formalaşmasına da təsir yaranır”. Alim Volqa hövzəsində yağıntıların azalmasının çay axımının azalmasının əsas səbəbi olması barədə fikirlərin düzgün olmadığını da bildirib. Onun sözlərinə görə, aparılan tədqiqatlar son 30–35 il ərzində Volqa hövzəsində yağıntıların miqdarında statistik baxımdan əhəmiyyətli dəyişiklik olmadığını göstərir.

O, Xəzərin çirklənmə mənbələrinin də daha əvvəl geniş şəkildə araşdırıldığını diqqətə çatdırıb: “Avropa layihəsi çərçivəsində çayların, kollektorların və kanalizasiya xətlərinin Xəzərə gətirdiyi çirkləndiricilər tədqiq edilib və nəticələr hesabat şəklində dərc olunub. Hazırda Coğrafiya İnstitutunda Xəzərin səviyyə dəyişmələrinə təsir edən amillər, sahil zonasında baş verən dəyişikliklər və dənizin monitorinqi istiqamətində tədqiqatlar aparılır. Azərbaycanın cənub bölgəsində - Astara, Lənkəran və Masallı rayonları ərazisində çöl tədqiqatları həyata keçirilib. Tədqiqatların əsas məqsədi Xəzərin səviyyəsinin aşağı düşməsi nəticəsində dənizin müxtəlif sahələrdə nə qədər geri çəkildiyini dəqiq müəyyənləşdirmək olub. Bu dəyişiklikləri peyk təsvirləri əsasında və müxtəlif ölçmə üsulları ilə müəyyənləşdirmək mümkündür. Lakin aparılan tədqiqatlarda daha yüksək dəqiqlik əldə etmək üçün santimetr dəqiqliyi ilə ölçmə aparan GPS avadanlığından istifadə olunub. Biz bu cihazı bir günlük icarəyə götürdük və sahə tədqiqatları zamanı müxtəlif ərazilərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə sahilin nə qədər geri çəkildiyini ölçə bildik. Bu ölçmələr bizə daha dəqiq nəticələr əldə etməyə imkan verdi”.

Onun sözlərinə görə, Xəzərin səviyyəsinin həm kəskin aşağı düşməsi, həm də yüksəlməsi sahil infrastrukturuna təsir göstərir. Dəyişikliklərin ekosistem üçün də mühüm nəticələri var.

Gəmiçilik sahəsində yaranan problemlərə toxunan alim Bakı buxtası və Dübəndi ərazisini nümunə göstərib. Bildirib ki, dənizin dayazlaşması nəticəsində iri gəmilərin sahilə yanaşmasında çətinliklər yaranır və bunun qarşısını almaq üçün mütəmadi dərinləşdirmə işlərinin aparılması tələb olunur. Bu isə əlavə maliyyə və texniki resurslar tələb edir. Xəzərin səviyyə dəyişmələrinin yaratdığı nəticələrin daha geniş və sistemli şəkildə araşdırılması vacibdir. “Hazırda dünyanın müxtəlif ölkələrindən alimlər Xəzərin səviyyəsinin azalması dinamikasını, bunun səbəblərini və gələcəkdə yarada biləcəyi nəticələri öyrənirlər. Əsas məsələ xəritənin hazırlanması deyil. Müasir elmi-texniki imkanlarla Xəzərin sahil xəttində baş verən dəyişiklikləri peyk təsvirləri əsasında xəritələşdirmək mümkündür. Əsas məsələ həmin dəyişikliklərin ölkənin infrastrukturuna, ekologiyasına, dəniz gəmiçiliyinə və dənizdən çıxarılan karbohidrogen yataqlarına real təsirinin müəyyənləşdirilməsidir. Bizim tədqiqatlarımız da məhz bu istiqamətlərə yönəlib”.

O əlavə edib ki, Xəzərin səviyyəsinin növbəti 10–20 il ərzində necə dəyişəcəyinin müəyyənləşdirilməsi və mümkün nəticələrin əvvəlcədən qiymətləndirilməsi həm elmi, həm də praktiki baxımdan mühüm əhəmiyyət daşıyır.

Müxbir – Tünzalə Arazlı
Fotoqraf – Xanlar Əlizadə
Videooperator – Şövqi Əzizov
Xəzərin səviyyəsinin azalması sahil infrastrukturu və ekosistem üçün ciddi çağırışlar yaradır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məsələyə diqqət çəkilib

Ağbaş kərkəslər Qubanın dağlarında - FOTO

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gündəliyini müzakirə ediblər

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü qeyd olunub

Bakının bolşevik-daşnak birləşmələrindən azad olunmasının 108-ci ildönümü qeyd edilib

Xan sarayından sənətkarlar küçəsinə - Qonaq-qaralı Şəkidən reportaj

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2011-ci il 10 oktyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Azərbaycanın suverenliyinin tam bərpası dövlətçilik tariximizin mühüm mərhələsidir ŞƏRH

UEFA 2028-ci və 2029-cu illərdə avrokubokların finallarının keçiriləcəyi şəhərləri açıqlayıb

13 azərbaycanlı mütəxəssis UEFA-nın Nyondakı təcrübə mübadiləsi proqramında iştirak edir

Mingəçevir Dövlət Universitetində Dil Mükəmməlliyi Laboratoriyası istifadəyə verilib

“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

Yəməndəki husilərin hücumları nəticəsində Səudiyyə Ərəbistanında 13 mülki şəxs yaralanıb

Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir

Bəşarət Hüseynova: Xoreoqrafiya təhsilində nəticə yalnız istedadla əldə edilmir

Cəlilabadda ev yanıb

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Türkiyə XİN Bakının işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Almaniyada fəaliyyət göstərən azərbaycanlı boksçu Argentina təmsilçisi ilə qarşılaşacaq

ATU-da Bilik Günü: Ağ xalatla başlayan yol, yeni başlanğıclar, böyük hədəflər

"LANDAU Lions"un basketbolçusu: “VEF Riqa” ilə oyuna kifayət qədər hazır deyildik

Xanım Aydın: “Pullu komediya” tamaşaçını gündəlik qayğılardan uzaqlaşdıracaq

Mərkəzi Bank: Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 1,1 milyard dollar olub

Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb

Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib

Mərkəzi Elmi Kitabxanada Bilik Günü münasibətilə sərgi açılıb

"Karvan-Yevlax" heyətinə yeni hücumçu cəlb edib

Mərkəzi Bank: İlkin gəlirlər balansında kəsir azalıb

Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək

Hindistan nümayəndəsi: İslamın etik prinsiplərinə əsaslanan süni intellekt çərçivəsi yaradılmalıdır

Altı ay üzrə əmtəə ixracı və idxalının dəyəri açıqlanıb

Növbəti köç karvanı Xocavəndə çatıb

Beynəlxalq reytinqi ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisələrinin məzunları olan çağırışçıların nəzərinə

Hasan Kamil Yılmaz: Seyyid Yəhya Bakuvi Xəlvətilikdəki anlayışları sistemləşdirən ustaddır

Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

“SABAH.city” - Azərbaycanda bilik iqtisadiyyatına keçidin strateji modeli

“Kəpəz” azarkeşlərinə görə cərimələnib

® “PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində 85 min 697 şagird təhsil alacaq

Qarabağ və Şərqi Zəngəzura səfər xarici diplomatlara bölgədəki reallığı yerində müşahidə etməyə imkan yaradır ŞƏRH

Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Azərbaycan etnoqrafiyasının izi ilə: Gürcüstanda nəşr olunan "Kavkaz" qəzeti

Nazir Emin Əmrullayev Bilik Gününü Bakıdakı 21 nömrəli məktəbdə qeyd edib VİDEO

Nazir Emin Əmrullayev Bilik Gününü Bakıdakı 21 nömrəli məktəbdə qeyd edib VİDEO

Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib

Gövhər Baxşəliyeva: Sufizm Azərbaycanın mənəvi həyatında böyük rol oynayıb

Sabah günün ikinci yarısından bəzi rayonlarda yağış yağacaq

Şəmkirdə Bilik Günü: Əhməd Cavad adına məktəbin yeni korpusu istifadəyə verilib

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir VİDEO

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir VİDEO

Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb

Ökü kurqanlarında maraqlı arxeoloji tapıntılar üzə çıxarılıb

Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR

Məcnun Məmmədov: Azərbaycanın müasir aqrar modelinin formalaşdırılması üçün yüksək ixtisaslı kadrlara böyük ehtiyac var

Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub

Nazirlik: ƏMAS-da 72 minə yaxın aktiv vakansiya mövcuddur

Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

BMT eksperti: Zəhərli kimyəvi maddələr “bir çox, hətta bütün insan hüquqları” üçün təhlükə yaradır

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK VİDEO

Süni intellekt insanlığı məhv edə bilərmi? Alimlərdən təhlükə siqnalı

DSMF-nin 8 ay üzrə gəlir və xərcləri açıqlanıb

“Pullu komediya” tamaşasının məşqləri davam edir

Səməd Vurğunun qızı: Uşaqlıq illərimin ən isti xatirələri atamla bağlıdır

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü - FOTOLARDA

Pakistanlı alim: Tarazlıq və mötədillik İslamın gözəlliyidir

Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq VİDEO

Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq VİDEO

Azərbaycan dili müəllimi: “Zəif şagird” ifadəsini doğru qəbul etmirəm

Bu saata olan əsas xəbərlər

Türkiyə Prezidentinin baş müşaviri: Həmrəyliyin daha da güclənməsi Türk Dövlətləri Təşkilatının gələcəyindən xəbər verir

Azərbaycan millisinin basketbolçusu: Göstərə biləcəyimiz maksimum nəticəni əldə etdik

ICESCO "İslam dünyasının sivilizasiya platforması” adlı xüsusi proqramının hazırlanmasını başa çatdırıb

Fransada universitet ödənişləri beşqat arta bilər: tələbələr və ekspertlər üz-üzə

Bakı Dövlət Universitetində Bilik Günü qeyd olunub

Baş Kollektiv Saziş çərçivəsində işçilər hansı əlavə təminatlar əldə edəcəklər?

Yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 94 dollardan çox olub

Birinci yarımildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 748 milyon dolları ötüb

İsveçrədə Azərbaycan mədəniyyəti təntənəsi: Montrö səhnəsində qala-konsert

Vəkillər məhkumlara növbəti dəfə hüquqi yardım göstəriblər

1918-ci il 15 sentyabr: Bakının azad edilməsi tarixinə bir nəzər

Burhanəddin Duran: Türk dünyasının ortaq ağıl və güclü həmrəyliklə hərəkət etməsi zamanın tələbidir VİDEO

Burhanəddin Duran: Türk dünyasının ortaq ağıl və güclü həmrəyliklə hərəkət etməsi zamanın tələbidir VİDEO

Qusarda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinqlər aparılıb

Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Yusif Mahmud əs-Siddiqi: Şeyx Şirvaninin mənəvi və fəlsəfi düşüncəsi qəlbi həqiqətə aparan yol kimi təqdim edir

Fərhad Pirinççi: Türk Dövlətləri Təşkilatı regional və qlobal miqyasda mühüm aktorlardan birinə çevrilib VİDEO

Fərhad Pirinççi: Türk Dövlətləri Təşkilatı regional və qlobal miqyasda mühüm aktorlardan birinə çevrilib VİDEO

Azərbaycan-Türkiyə münasibətlərinin müasir fəlsəfəsinin əsası - “Bir millət, iki dövlət”

Narkomanlığa qarşı mübarizə çərçivəsində bu il 234 maarifləndirici tədbir təşkil edilib

Elçin Babayev: BDU rəqabət qabiliyyətinə malik insan kapitalının yetişdirilməsi missiyasını uğurla yerinə yetirir

Direktor: 21 nömrəli məktəbdə 162 şagird üçün yeni təmayül modeli tətbiq olunacaq

Yardımlıda 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Yardımlıda 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Elnur Zeynalov: Muğam gecələri milli musiqi irsimizin təbliğində mühüm rol oynayır

“Neftçi”dən ayrılan Elvin Camalov “Qəbələ” ilə anlaşıb - EKSKLÜZİV

BMT Təhlükəsizlik Şurası Bab əl-Məndəb boğazındakı vəziyyəti müzakirə edəcək

Mərkəzi Bank: Cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqlayıb

Mustafa Aşurov: Dahi bəstəkarlarımızın miras qoyduğu musiqi ənənələrini yaşadırıq

Tural Gəncəliyev: Qarabağ və Şərqi Zəngəzura qayıdış daha da intensivləşəcək

Astaranın bəzi kəndlərində qaz təchizatı dayandırılıb, Yardımlıda isə fasilə yaranacaq

Nazirlik rəsmisi: Növbəti tədris ilində təhsillə yanaşı, tərbiyə məsələləri də ön plana çəkiləcək