Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neft haqqında dünyada ilk filmlər

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan öz neft ehtiyatları ilə bütün dünyada məşhurdur. Bakının yaxınlığında yerləşən Balaxanı və Bibiheybət qəsəbələri “qara qızıl”ın çıxarıldığı ilk kəndlər sırasında olub. Lakin bir faktı bilən azdır ki, məhz bu qəsəbələr dünya kinematoqrafiyası ilə sıx bağlıdır. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin qoruqları idarəetmə mərkəzinin mədəni turizm məhsulları hazırlanması üzrə aparıcı mütəxəssisi Vahid Şükürovun məqaləsi bu mövzuya həsr edilib.

AZƏRTAC məqaləni oxuculara təqdim edir.

X X X

Balaxanıda və Bibiheybətdə neft hasilatı sahəsində baş vermiş mühüm hadisələr dünya birliyinin diqqətindən kənarda qala bilməzdi. İlk kinematoqrafları buraya cəlb edən də həmin hadisələr olub.

Bəs bu qəsəbələr nəyə görə cəlbedici idi? Onların hər biri barədə bir qədər məlumat vermək istərdik. Balaxanı qəsəbəsi paytaxtdan cəmi 9 kilometr məsafədə yerləşir. Lakin bu kiçik qəsəbənin neftlə bağlı çox zəngin tarixi var. Burada qədim quyuların birində aşkar edilmiş daş üzərində yazılıb ki, bu quyu 1594-cü ildə qazılıb! Peterburqlu akademik İ.Lerxe yazır ki, 1735-ci ildə burada cəmi 52 neft quyusu olub. İllər keçdikcə bu quyuların sayı artaraq 1816-cı ildə 77-yə, daha 9 ildən sonra isə 82-yə çatıb.

1837-ci ildə dağ mühəndisi Nikolay Voskoboynikov Balaxanıda neft emalı zavodu inşa edib. Burada ilk dəfə olaraq neft təbii qazın köməyi ilə qızdırılırdı. 1871-ci ildə Balaxanıda mexaniki üsulla qazılmış 64 metr dərinliyində neft quyusu bu kəndin tarixində parlaq iz qoymuş daha bir hadisə olub.

Yeddi il sonra, 1878-ci ildə Nobel qardaşları şirkətinin sifarişi ilə çar Rusiyasında ilk dəfə Balaxanıdan Bakıdakı Qaraşəhərdə fəaliyyət göstərən neft emalı zavoduna 12 kilometr uzunluğunda boru kəməri çəkilir. Ümumiyyətlə, Balaxanı qəsəbəsindən söhbət düşəndə tez-tez “Azərbaycanda ilk dəfə” sözləri işlədilir.

Bu ifadəni Bakının Bibiheybət qəsəbəsinə də aid etmək olar. Ən qədim neft quyularından biri burada qazılıb. XIX əsrin ortalarına qədər neft quyuları əl ilə qazılırdı, 1846-cı ilin yanvar ayında isə Bibiheybətdə dünyada ilk dəfə olaraq ağac ştanqlardan istifadə edilməklə zərbə üsulu ilə neft quyusu qazılıb. Buradakı 5 nömrəli quyu dünyada ilk dəfə dəniz sahilindəki ərazidə qazılıb. Keçmiş SSRİ-də ilk dəniz quyusu da məhz burada, xüsusi yaradılmış platformada qazılıb.

Bəs necə olub ki, bu iki qəsəbə kinematoqrafiyanın yenicə yaradıldığı vaxtda onun tarixinə düşüb? Adətən belə hesab edirlər ki, ilk film 1895-ci ildə çəkilmiş “La-Siota vağzalına qatarın gəlişi” (“L'Arrivée d'un train en gare de la Ciotat”) filmidir. Bu qısametrajlı sənədli lent Lümyer qardaşları tərəfindən çəkilib və nümayiş etdirilib. O vaxtdan Ogüst Lui Mari Nikolya və Lui Jan Lümyer qardaşları “sinematoqraf”ın baniləri hesab edilir.

Bu hadisədən cəmi üç il sonra Bakıda fotoqraf Aleksandr Mişon tərəfindən bizim neft haqqında film çəkilib. Xarkovda anadan olmuş Aleksandr Mişonun atası da fotoqraf olub. Aleksandr atasının peşəsini öyrənərək fotoqraf karyerasına başlayır, öz fotostudiyasını yaradır. 1884-cü ildə Bakıya köçüb gəlir. Bakı nefti haqqında filmlər yaratmaq təşəbbüsünün müəllifi məhz Mişon olub. O, əvvəlcə Bakı Fotoqrafiya Həvəskarları Dərnəyini yaradır. Bu dərnəyin məqsədi “foto sənətini öyrətmək, bizim zəngin təbii, elmi, arxeoloji və etnoqrafik materialın illüstrasiyası üçün bu vasitədən istifadə etmək” idi. Maraqlıdır ki, həmin dərnəyə hər iki cinsin nümayəndələri üzv ola bilərdi.

Aleksandr Mixayloviç Bakı şəhərinin həyatında fəal iştirak edir. O, “Bakı şəhər illiyi” adlı nəşrin ilk buraxılışının müəllifi, fotoqrafı, redaktoru və naşiri olub. XX əsrin əvvəlində A.Mişonun fototipiya-mətbəəsi vardı. Burada Bakı mənzərələri və Azərbaycanın digər görməli yerləri təsvir edilən açıqcalar çap edilir. A.Mişon “Qafqaz və Orta Asiya” adlı jurnal təsis edir, burada özünün çəkdiyi fotoşəkilləri və məqalələri dərc edir.

Yuxarıda qeyd etdiyimiz əlamətdar hadisə 1898-ci ildə baş verib. Həmin ildə Aleksandr Mişon “Balaxanı mədənində neft fontanı” adlı qısametrajlı sənədli səssiz film çəkib. Hesab olunur ki, bu, Azərbaycan kinematoqrafının tarixində ilk film və dünyada neft hasilatına həsr edilmiş ilk film olub.

“Balaxanı mədənində neft fontanı” filmində neftin fontan vurması sənədləşdirilib. Hətta ilk kino lentlərinin bu ağ-qara kadrlarında da bizim diyarın ruhu, onun möhtəşəmliyi və zənginliyi aşkar hiss olunur. Filmin premyerası 1898-ci il avqustun 4-də Bakıda təşkil edilib. Qeyd etmək lazımdır ki, bu film Lümyer qardaşları kinematoqrafı çərçivəsində göstərilmişdi.

A.Mişonun kinematoqrafında Azərbaycan neftinə həsr edilmiş daha bir film “Bibiheybətdə yanğın” adlanır. 1898-ci ildə bizə artıq tanış olan Lümyer qardaşlarının studiyasında 35 millimetrlik plyonkaya çəkilmiş bu filmdə ətrafda nə varsa hamısını cənginə alan alov, tüstü görünür, fəlakətin faciəviliyi və miqyası aşkar hiss olunur. Qeyd etmək lazımdır ki, neft mədənlərində yanğınlar tez-tez baş verirdi və bu mənada Bibiheybət, Bayıl və Suraxanı mədənləri “rekordçu” idi. Bu fakt onunla izah edilirdi ki, həmin mədənlərdəki neft avadanlığı çox qədim idi və bu avadanlıq çox vaxt yanğın təhlükəsizliyi tələblərinə uyğun gəlmirdi.

Aleksandr Mişonun növbəti proqramı həmin il avqustun 2-də nümayiş etdirildi. Bu proqrama “Bibiheybətdə yanğın” filmi də daxil edilmişdi. İki ildən sonra həmin film Paris Beynəlxalq Sərgisində təqdim edildi. Ən maraqlısı budur ki, həmin filmin bəzi səhnələri 1995-ci ildə dünya kinosunun 100 illiyi şərəfinə Fransada göstərilib.

Azərbaycan kinoşünasları Aydın Kazımzadə və Ayaz Salayev həmin iki filmi Fransa arxivlərində aşkar ediblər. Paris Kino Arxivindən Bakıya gətirilmiş filmlər hazırda Azərbaycan Dövlət Film Fondunda saxlanılır.

Neftlə bağlı bədii filmlərə gəldikdə isə, burada ilk filmlərdən biri 1916-cı ildə rejissor Boris Svetlov tərəfindən “Piron qardaşları” kinostudiyasında yazıçı İbrahimbəy Musabəyovun eyniadlı povestinin motivləri əsasında çəkilmiş “Neft və milyonlar səltənətində” filmidir. Çəkilişləri Bakıda və Tiflisdə aparılmış bu filmdə XX əsrin əvvəlindəki Bakı, yerli milyonerlərin məişəti və neft mədənlərində çalışaraq çörək pulu qazanan fəhlələrin həyatı təsvir edilir. Bu filmin çəkilişinə neft sənayeçiləri sponsorluq edib. Maraqlıdır ki, bu film aktyor Hüseyn Ərəblinskinin kinoda yeganə işi olub. Filmdə titrlər Azərbaycan dilində yazılıb. Sonradan həmin filmin yenidən çəkilməsi qərara alınıb. “Neft və milyonlar səltənətində” filminin motivləri əsasında çəkilmiş ikinci versiyası 1980-ci ildə ekranda “Qızıl qaya” adı ilə nümayiş etdirildi. Bu melodramın rejissoru Fikrət Əliyevdir.

Azərbaycan kinematoqrafından söhbət düşəndə qeyd etmək lazımdır ki, 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov Azərbaycan kinosunun milliləşdirilməsi haqqında fərman imzalayıb. 1922-ci ildə isə Azərbaycan hökuməti ölkədə ilk kinoteatr tikilməsini qərara alıb.

1923-cü ildə Bakı nefti haqqında “Suraxanı neft mədənlərində yanğın” adlı növbəti film çəkilib.

2000-ci il dekabrın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev “Milli Kino Günü”nün təsis edilməsi haqqında Fərman imzalayıb və avqustun 2-si kinematoqrafiya işçilərinin peşə bayramı elan edilib.

Bütün bu filmlər sinematoqrafın inkişafının başlanğıc mərhələsində Azərbaycanda neft hasilatının möhtəşəmliyini göstərirdi. Neft hasilatı sahəsində nailiyyətlərin uzun siyahısından əlavə Azərbaycan dünyada bu sahədə uğurların lentə çəkildiyi ilk ölkələrdən biri olub. Azərbaycan haqlı olaraq neft hasilatı mövzusunda filmlər çəkilmiş ilk ölkə hesab edilir. Bizim neft sənayesinin tarixinin bu kiçik, lakin maraqlı səhifəsini bütün dünyada bilməlidirlər!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub