Neftçalada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Neftçala, 1 aprel (AZƏRTAC). Neftçala şəhərindəki mədəniyyət sarayında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları mədəniyyət sarayının foyesində nümayiş etdirilən 1918-ci ildə ermənilərin Kür çayı sahili boyunca yerləşən yaşayış məntəqələrində, o cümlədən rayonun Dirovdağ ərazisində törətdikləri vəhşilikləri əks etdirən kütləvi məzarlıqdan götürülmüş insan qalıqlarına baxmışlar.
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Rövşən Həsənov 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məruzə etmişdir. Ermənilərin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarına məlumat verən natiq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlılara qarşı törədilən soyqırımına əsl hüquqi və siyasi qiymət verilmişdir.
Çıxış edənlər ata-baba yurdlarından qovularaq qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın tezliklə doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirmişlər.
Mərasimdə 1918-ci ilin mart soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]