Neftçalada fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq
Bakı, 31 mart, AZƏRTAC
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə aprelin 2-də Neftçala şəhərində ustad dərsləri keçiriləcək.
MEMİM-dən AZƏRTAC-a bildirilib ki, fortepiano və tar ixtisasları üzrə ustad dərsləri Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbində təşkil olunacaq.
Fortepiano ixtisası üzrə ustad dərsi Bakı şəhər Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Fortepiano şöbəsinin müdiri Əməkdar müəllim Zərifə Məmmədyarova, tar ixtisası üzrə ustad dərsi isə Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar müəllim Əflaruz Məmmədov tərəfindən aparılacaq.
Ustad dərslərində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin iştirakı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]