“Neftçi” futzal klubunun baş məşqçisi: Komandada qalsam, heyətdə dəyişiklik edəcəyəm
Bakı, 2 iyun, AZƏRTAC
Düşünürəm ki, mövsüm bizim üçün yaxşı keçdi. Azərbaycan Kubokunun qalibi olduq, ölkə çempionatının gümüş medallarını qazandıq. Çempion “Araz-Naxçıvan”a qarşı keçirdiyimiz beş matçın üçündə qalib gəldik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi” futzal komandasının baş məşqçisi Fuad Rzayev deyib.
Komandanın mövsüm ərzində uğurlu çıxış etdiyini vurğulayan mütəxəssis çempionluq yarışında əsas rəqibləri olan “Araz-Naxçıvan”la mübarizədə legionerlərin təcrübəsinin həlledici amillərdən biri olduğunu bildirib: “Naxçıvan klubunun legionerləri bizim əcnəbi oyunçulardan üstün idi. Çünki onların kifayət qədər yaxşı Avropa təcrübəsi var idi”.
Gələcək planlarla bağlı danışan F.Rzayev komandada qalacağı təqdirdə heyətdə müəyyən dəyişikliklərin ediləcəyini də söyləyib: “Əgər komandada qalsam, heyətdə dəyişiklik edəcəyəm. Bir neçə braziliyalı oyunçu ilə yolları ayırmağı planlaşdırıram. Amma hələlik mənim komandada qalıb-qalmayacağımla bağlı dəqiq qərar yoxdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]