“Neftçi” Premyer Liqanın ilk turunda qarşılaşacağı “Sumqayıt” ilə oyunun hazırlığını davam etdirir
Bakı, 7 avqust, AZƏRTAC
“Neftçi” futbol klubu Topaz Premyer Liqasının ilk turunda qarşılaşacağı “Sumqayıt” komandası ilə oyunun hazırlığını davam etdirir.
AZƏRTAC xəbər verir ki, əvəzedicilərlə sınaq matçından (4:1) sonra birgünlük fasiləyə buraxılan əsas komanda yenidən hazırlığa başlayıb.
“Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilmiş axşam məşqində zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Namik Ələsgərov isə fərdi məşğul olub. Hazırlıq avqustun 7-də keçirilmiş məşqlə davam edib.
Xatırladaq ki, avqustun 11-də “Dalğa Arena”da keçirəcək “Sumqayıt” - “Neftçi” oyunu saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]