“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakının "Neftçi-2" futbol klubunun məşqçilər korpusuna yeni təyinat olub.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Elşən Poladov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 40 yaşlı mütəxəssislə bir illik müqavilə bağlanıb.
Qeyd edək ki, Elşən Poladov "Xəzər" (Sumqayıt), "Kimyaçı" (Sumqayıt), OİK (Bakı), "Şəfa" (Bakı), "Dinamo" (Bakı), "Bakı", "Turan" (Tovuz), "Şəmkir", "Olimpik" (Bakı), "Kəpəz" (Gəncə), "İnter" (Bakı) klublarında oynayıb. "Bakı" və "İnter"lə Azərbaycan çempionu, "Şəfa" və "Bakı" ilə ölkə kubokunun qalibi olub. 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. "Sumqayıt"ın U-16 və U-17 komandalarında çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]