Nəqliyyat vasitələrinin ekoloji müayinələri davam etdirilir
Bakı, 20 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin ekoloji ölçmə mərkəzi tərəfindən şirkətin idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələrindən atmosferə atılan işlənmiş qazların miqdarının ölçülməsi işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, tərtib olunmuş qrafikə uyğun olaraq hazırda mərkəzin əməkdaşları qaz ixrac idarəsinin, “Azneft” İstehsalat Birliyinin, Qobustan nəqliyyat idarəsinin, “Neftqaztikinti” trestinin nəqliyyat vasitələrinin ilkin ekoloji müayinədən keçirilməsi işlərini yerinə yetirir.
Mərkəzin fəaliyyəti istiqamətində ARDNŞ-in idarə və müəssisələrindən başqa əməliyyat şirkətləri və birgə müəssisələrin balanslarında olan nəqliyyat vasitələrinin ekoloji müayinədən keçirilməsi də nəzərdə tutulmuşdur.
Cari həftədən başlayaraq Ekoloji Ölçmə Mərkəzinin əməkdaşları tərəfindən “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan nəqliyyat vasitələrinin ekoloji müayinədən keçirilməsi işlərinə başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]