NETTİ-2006 MÜSABİQƏSİ İŞTİRAKÇILARININ QEYDİYYATI BAŞA ÇATIR
Müsabiqənin təşkilat komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdən əsas məqsəd Azərbaycanın ən yaxşı İnternet-resurslarını üzə çıxarmaq və mükafatlandırmaqdır. Müsabiqə 10 nominasiya - “Azərbaycan”, “Dövlət saytı”, “İnformasiya və yeniliklər”, “Korporativ sayt”, “Mədəniyyət və incəsənət”, “Elm və təhsil”, “Persona”, “Əyləncə”, “Servis-sayt” və “İdman” nominasiyaları üzrə keçirilir. Tədbirdə “Yerli informasiya texnologiyalarının inkişafına töhfəyə görə” müsabiqədənkənar nominasiyasının da qalibi elan olunacaqdır.
Xatırladaq ki, qeydiyyat fevralın 28-dək davam edəcək, səsvermə martın 1-15-də keçiriləcəkdir.