“NETTY-2006” İNTERNET MÜSABİQƏSİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, beynəlxalq internet və informasiya şəbəkəsində milli seqmenti inkişaf etdirmək məqsədi ilə “Netty-2006” internet müsabiqəsi keçiriləcəkdir.
Müsabiqədə ən yaxşı Azərbaycan veb resursları və informasiya texnologiyaları sahəsində tanınmış şəxslər mükafatlandırılacaqdır.