Neymar “Real Madrid”lə matçda oynaya bilər
Bakı, 27 fevral, AZƏRTAC
PSJ-nin futbolçusu Neymar tibbi müayinədən keçib.
AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, onun sağ topuğunda dartılma və ayaq sümüyündə çat aşkarlanıb. Onun bərpa müddəti barədə məlumat verilməyib.
“Marsel” ilə qarşılaşmanın 79-cu dəqiqəsində PSJ-nin lideri Neymar sıradan çıxıb. Braziliyalı futbolçu oyunun sonlarında ayağını düzgün atmayaraq zədələnib. Həmin vaxt PSJ-nin bütün əvəzetmələri gerçəkləşdirdiyi üçün komanda oyunu 10 futbolçu ilə bitirməli olub. Göz yaşlarını saxlaya bilməyən Neymarı meydandan xərəkdə çıxarıblar.
PSJ-nin baş məşqçisi Unay Emeri futbolçunun “Real”la oyuna qədər sağalacağına inandığını bildirib.
Qeyd edək ki, Neymarın Çempionlar Liqasının 1/8 finalında “Real”la cavab görüşündə oynayacağı iddia olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]