Niderland mətbuatı Formula 1 yarışlarını Azərbaycanın böyük uğuru kimi qiymətləndirir
Paris, 30 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi Niderland mətbuatında da geniş şəkildə işıqlandırılıb.
Yayılan məlumatlarda yarışlarla yanaşı, ölkəmiz haqqında da ətraflı məlumat verilib. Bu yarışların Azərbaycanda keçirilməsi ölkənin böyük uğuru kimi qiymətləndirilib. Yarışlara Niderlanddan qatılan idmançı Maks Verstappen Azərbaycanın paytaxtında özünü öz evindəki kimi hiss etdiyini və Bakının İçərişəhər hissəsinin yarışçılar üçün xüsusilə həyəcanverici olduğunu bildirib. Yazılarda Azərbaycanda yarışların yüksək səviyyədə keçirilməsi alqışlanır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris