NİDERLANDDA 20 YANVAR FACİƏSİNDƏN BƏHS EDƏN SƏRGİ TƏŞKİL OLUNMUŞDUR
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Niderland Krallığındakı səfirliyi “Azərbaycan Holland Dostları” Cəmiyyəti ilə birlikdə Haaqada Hollandiyada fəaliyyət göstərən Azərbaycan rəssamlarının 20 Yanvar faciəsi ilə bağlı əsərlərindən ibarət sərgi təşkil etmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbirdə Niderlandda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərasimdə səfir Fuad İsgəndərov Qanlı Yanvar hadisələri ilə bağlı çıxış etmiş, faciənin səbəbləri və nəticələri barədə ətraflı məlumat vermişdir.
Tədbirdə faciə ilə bağlı sənədli film nümayiş etdirilmiş, şəhidlərin ruhuna ehsan verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]